Maliyyə Nazirliyinin rəsmi hesabatına görə, 2020-ci il iyulun 1-nə Azərbaycanın 8 milyard 958,2 milyon ABŞ dolları məbləğində xarici borcu olub. Bu, ümumi daxili məhsulun 21,8 faizinə bərabərdir.
Xarici dövlət borcu beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.
Novator.az bildirir ki, 1 yanvar 2020-ci ilə Azərbaycanın xarici borcu 9 milyard 91 milyon dollar göstərilib.
Əvvəlki illərə gəlincə, xarici borc 2011-ci ilə 3,8 milyard dollar, 2012-ci ilə 4,8 milyard dollar, 2013-cü ilə 5,7 milyard dollar, 2014-cü ilə 4,7 milyard manat, 2015-ci ilə 6,4 milyard dollar, 2016-cı ilə 6,8 milyard dollar, 2017-ci ilə 6,9 milyard dollar, 2018-ci ilə 9,3 milyard dollar, 2019-cu ilə 8,9 milyard dollar məbləğində rəsmiləşib.