• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Peyvənd kartları

  • 04 Dekabr 2020
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetŞərh

ABŞ-ın Müdafiə Nazirliyi bəyan edib ki, ölkədə koronavirus infeksiyasına qarşı kütləvi peyvəndləmə başlananda peyvənd olunmuş şəxslərə qeydiyyat kartları veriləcək.

Novator.az saytı ABŞ-ın CNN kanalına istinadla xəbər verir ki, İmmunlaşdırma üzrə Fəaliyyət Koalisiyasının direktor müavini doktor Kelli Mur peyvəndləməni izləmək üçün belə kartlardan istifadəni ən sadə üsul hesab edir.

Kelli Mur bildirib ki, kartlar kağızdan, kiçik ölçüdə olacaq, hər kəs onu öz pul kisəsində saxlaya biləcək: “Kartda hər kəsə hansı dozada peyvənd vurulduğu və növbəti dozanın nə vaxt vurulacağı haqda məlumatlar yer alacaq”.

Kelli Murun sözlərinə görə, peyvəndləməni həyata keçirən klinikalar pasiyentə vurulan ilk dozanın yeri və vaxtı barədə məlumatları dövlət reyestrinə də daxil edəcək.

Bəzi tibb müəssisələri növbəti dozanın vurulma vaxtı və yeri haqda məlumatları pasiyentin mobil telefonuna SMS vasitəsilə də göndərəcək. Amma bu məsələ könüllüdür. SMS almaq istəyən pasiyent mobil telefon nömrəsini klinikaya verməlidir.

İmmunlaşdırma Menecerləri Assosiasiyasının icraçı direktoru Kler Hanan vurğulayıb ki, peyvəndləmə zamanı tətbiq olunan hər doza barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə hesabat təqdim olunacaq.

Müdafiə Nazirliyi koronavirusa qarşı vaksin dəstinə daxil olan ləvazimatları da nümayiş etdirib: peyvənd dəstinə qeydiyyat kartı, iynə, şpris, spirtli salfet və maska daxildir.

Hazırda ABŞ-ın “Pfizer” və “Moderna” şirkətləri hazırladıqları peyvəndlərə (“Pfizer” peyvəndi Almaniyanın “BioNTech” şirkəti ilə birgə hazırlayıb) rəsmi lisenziya veriləcəyi günü gözləyirlər. Şirkətlərin bununla bağlı müraciətlərinə ölkənin Qida və Dərman Administarsiyası dekabrın 10-da və 17-də baxacaq. Hər hansı şirkətin vaksininə lisenziya verilsə, beş gün sonra həmin vaksinlə insanların kütləvi surətdə peyvəndlənməsinə başlanacaq. Peyvəndləmənin hər iki vaksinlə aparılması mümkündür.

Vaksinasiya mərhələli qaydada həyata keçiriləcək. Əhalinin geniş hissəsi 2021-ci ilin əvvəlinə qədər vaksinlərdən yararlana bilməyəcək.

Hər adama vaksin ayrı-ayrı vaxtlarda iki dəfə (iki dozada) vurulacaq.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ilk növbədə səhiyyə işçilərinin peyvənd olunmasını tövsiyə edir.

Mənbə: CNN.com

Xarici borc: ilin və əvvəlki illərin rəqəmləri

  • 04 Dekabr 2020
  • comments

Anım

  • 04 Dekabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda