• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hasilat razılaşması, 50 dollar həndəvəri

  • 04 Dekabr 2020
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

İri neft ixracatçıları – OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və 10 qeyri-OPEK ölkəsi (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) dekabrın 3-də gündəlik hasilatla bağlı yeni qərar verib. Nazirlərin görüşündə verilən qərara görə, 2021-ci ilin yanvar ayından gündəlik xam neft hasilatı 0,5 milyon barrel artırılır.

İclasda Azərbaycanı təmsil etmiş energetika naziri Pərviz Şahbazovun açıqlamasına əsasən, ölkə gündəlik xam neft hasilatını 8 min barrel artıraraq 595 min barrel səviyyəsində saxlamalıdır.

Bu il neft koronavirus pandemiyası fonunda kəskin ucuzlaşıb. Aprelin 12-də OPEK və qeyri-OPEK ölkələri gündəlik hasilatı mərhələlərlə azaltmaq razılığına gəliblər. Həmin razılaşmaya əsasən, hazırda Azərbaycanın gündəlik xam neft hasilatı 587 min barreli ötə bilməz.

Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb, avqust ayında 35 dollara salınıb.

“AzəriLayt”ın barreli yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14, iyula 43,02, avqusta 44,36, sentyabra 45,92, oktyabra 40,92, noyabra 37,75, dekabra 48,05 dollarla başlayıb.

İl ərzində ən aşağı qiymət aprelin 21-də qeydə alınıb: 15,81 dollar.

Dekabrın 4-də Azərbaycan neftinin barrelinə 49,48 dollar qiymət qoyulub.

Energetika Nazirliyi gündəlik xam neft hasilatını yanvarda 678 min barrel, fevralda 667,4 min barrel, martda 683,7 min barrel, apreldə 679,8 min barrel, mayda 557,2 min barrel, iyunda 553,8 min barrel, iyulda 554,1 min barrel, avqustda 584,6 min barrel, sentyabrda 585 min barrel, oktyabrda 587 min barrel göstərib.

Bayden “Nyu-York Tayms”a nə deyib?

  • 04 Dekabr 2020
  • comments

Yaponiyada COVİD-19 peyvəndi pulsuz vurulacaq

  • 04 Dekabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda