UEFA Çempionlar Liqasının qrup mərhələsində beşinci tur yekunlaşıb. Novator.az-ın məlumatına görə, H qrupunda yarışan Türkiyə təmsilçisi “Başakşəhər” dekabrın 2-si İstanbulda “Leypsiq”ə (Almaniya) 3:4 hesabı ilə uduzaraq həm növbəti raund şansını, həm də mübarizəni Avropa Liqasında davam etdirmək imkanını itirib.
“Mançester Yunayted” İngiltərədə PSJ-yə (Fransa) yenilib – 1:3.
Beş turdan sonra ingilislərin, fransızların və almanların 9, türklərin 3 xalı var.
Qrupda ilk iki yeri tutan komandalar növbəti raunda çıxacaq, üçüncü yerin sahibi Avropa Liqasına köç edəcək.
2 dekabr oyunlarında F qrupundan Almaniyanın “Borussiya” (Dortmund) komandası 1/8 finala adlayıb.
A qrupundan “Bavariya” (Almaniya), C qrupundan “Mançester Siti” (İngiltərə) və “Portu” (Portuqaliya), D qrupundan “Liverpul” (İngiltərə), E qrupundan “Çelsi” (İngiltərə) və “Sevilya” (İspaniya), G qrupundan “Barselona” (İspaniya) və “Yuventus” (İtaliya) 1/8 final vəsiqəsini daha əvvəl təmin ediblər.
Mənbə: Uefa.com