• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İranlı alim necə öldürülüb?

  • 03 Dekabr 2020
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetŞərh

Novator.az xəbər verir ki, ABŞ-ın CNN kanalı professor Möhsün Fəxrizadənin qətli ilə bağlı bir sıra versiyaları işıqlandırıb.

İranın nüvə proqramının banisi, nüvə və raket sistemləri üzrə mütəxəssis olan professor Möhsün Fəxrizadə noyabrın 27-də Tehran şəhərində öldürülüb.

CNN-in bildirdiyinə görə, İranın “Fars” agentliyi Möhsün Fəxrizadənin bir avtomobildə yerləşdirilmiş uzaqdan idarə olunan pulemyotla öldürüldüyünü açıqlayıb.

Agentlik xəbər verib ki, Fəxrizadə həyat yoldaşı ilə birgə gülləkeçirməz maşında, təhlükəsizlik əməkdaşlarından ibarət üç avtomobilin müşayiəti ilə gedirmiş. Bu vaxt alimin olduğu avtomobilə güllə dəyib. Fəxrizadə güllə səsini eşidəndə nə baş verdiyini anlamaq üçün tez maşından düşüb. Maşından düşəndə o, 150 metr kənarda dayanmış “Nissan” markalı avtomobildən pulemyot atəşinə tutulub. Həmin pulemyot isə uzaq məsəfədən idarə olunurmuş.

Atəş üç dəqiqə davam edib. Sonra “Nissan” maşını partlayıb.

“Fars” agentliyi Fəxrizadəyə ən azı üç güllənin dəydiyini xəbər verib.

Alimin bir cangüdəni də həlak olub.

CNN kanalı öz reportajında “Fars” agentliyinin irəli sürdüyü versiyanı təsdiq edə bilmədiyini vurğulayıb.

Telekanal daha sonra İranın İSNA agentliyinin məlumatına diqqət çəkib. İSNA ölkənin müdafiə naziri general Əmir Hatəmiyə istinadla bildirib ki, əvvəlcə alimin avtomobili atəşə tutulub, ardınca partlayış baş verib və daha bir atışma olub.

İSNA-nın xəbərinə görə, Əmir Hatəmi deyib: “Əvvəlcə cənab Fəxrizadənin maşını atəşə tutulub, sonra avtomobillər arasında atışma davam edərkən partlayıcı maddələrlə yüklənmiş “Nissan” partladılıb”.

İranın dövlət televiziyası İRİB isə əvvəlcə partlayış olduğunu, sonra təcavüzkarların atəş açdığını xəbər verib.

İran tərəfi nüvə aliminin qətlinə görə İsraili günahlandırır. Ölkənin dini lideri Əli Xameneyi və digər rəsmilər Möhsün Fəxrizadənin qətlinə görə qisas alınacağını bəyan ediblər.

İsrail tərəfi qətl ittihamını qəbul etməyib.

Mənbə: CNN.com

Aclıq edən jurnalistin şikayətinə baxılacaq

  • 03 Dekabr 2020
  • comments

Savaş itkiləri açıqlandı

  • 03 Dekabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Elm
  • Hadisə

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda