London birjasında brent markalı neftin barreli 48,06 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 45,17 dollara satılır. Dekabrın 3-də belə xəbər yayan Energetika Nazirliyi bildirir ki, “AzəriLayt” markalı neftin barrelinə 48,88 dollar qiymət qoyulub.
Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb, avqust ayında 35 dollara salınıb.
“AzəriLayt”ın barreli yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14, iyula 43,02, avqusta 44,36, sentyabra 45,92, oktyabra 40,92, noyabra 37,75, dekabra 48,05 dollarla başlayıb.
Energetika Nazirliyi gündəlik xam neft hasilatını yanvarda 678 min barrel, fevralda 667,4 min barrel, martda 683,7 min barrel, apreldə 679,8 min barrel, mayda 557,2 min barrel, iyunda 553,8 min barrel, iyulda 554,1 min barrel, avqustda 584,6 min barrel, sentyabrda 585 min barrel, oktyabrda 587 min barrel göstərib.