İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ixrac icmalı yayıb. Hesabata görə, Azərbaycan 2020-ci ilin yanvar-oktyabr aylarında 1,4 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib, Rusiyaya 550,6 milyon, Türkiyəyə 285,5 milyon, İsveçrəyə 176 milyon, Gürcüstana 109,1 milyon, Çinə 34,7 milyon dollarlıq mal göndərilib.
On ayın ən çox ixrac edilən mallarının siyahısında pomidor 173 milyon dollarla birinci, sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda qızıl 158,7 milyon dollarla ikinci, pambıq mahlıcı 94,7 milyon dollarla üçüncü yerdə göstərilir.
Yanvar-oktyabr aylarında 467,3 milyon dollarlıq meyvə-tərəvəz ixracının qeydə alındığı vurğulanır.
Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 21 milyard 1,3 milyon dolları ötüb, 12,2 milyard dollardan çox ixrac, 8,8 milyard dollara yaxın idxal qeydə alınıb. Hesabata əsasən, ixracın 88,1 faizi neft-qaz, 3,8 faizi meyvə-tərəvəzdir.