• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“NBC News”: Ağ evdə yeni xanımlar

  • 02 Dekabr 2020
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetXəbər

ABŞ-ın yeni rəhbərliyində ikinci adam xanım olacaq: Kamala Harris.

Seçki bu ilin noyabrında keçirilib, Cozef Bayden prezident, Kamala Harris vitse-prezident seçiliblər.

Yeni seçilmiş prezident və vitse-prezident artıq Ağ ev administrasiyasında bəzi postlara kimləri təyin edəcəklərini açıqlayıblar. Siyahıda xanımlar mühüm yer tutur.

Novator.az-ın məlumatına görə, ABŞ-ın “NBC News” kanalı bildirib ki, yeni administrasiyanın ictimai əlaqələr üzrə komandasına xanımlar rəhbərlik edəcəklər. Vaxtilə Barak Obamanın prezident, Cozef Baydenin isə vitse-prezident seçildiyi dövrdə Obama-Bayden administrasiyasının keçid komandasının üzvü olmuş xanım Cen Psaki hazırkı Bayden-Harris administrasiyasında yer alacaq. Cen Psaki Ağ evin mətbuat katibi olacaq.

Builki prezident seçkisi zamanı Bayden-Harris kampaniyasında menecer müavini olmuş xanım Keyt Bedinqfild Ağ evdə kommunikasiya direktoru vəzifəsini tutacaq.

Cozef Bayden söyləyib ki, bu komanda ixtisaslı, təcrübəli kommunikatorlardan ibarətdir: “Onlar bizim işimizə yeni perspektivlər gətirəcəklər, ölkəni daha yaxşı şəkildə qurmaq üçün ortaq öhdəliklərə malik olacaqlar”.

Kamala Harris ölkənin koronavirus pandemiyası və bir sıra digər böhranlarla mübarizə apardığı vaxtda hakimiyyətin cəmiyyətlə aydın, dürüst və şəffaf ünsiyyət quracağını bəyan edib.

Seçki dövründə Bayden kampaniyasının ən görkəmli simalarından olmuş xanım Saymon Sanders vitse-prezident Kamala Harrisin baş məsləhətçisi və baş sözçüsü vəzifəsində çalışacaq.

Siyahıda başqa xanımlar da var.

Bayden-Harris kampaniyasının baş məsləhətçisi olmuş xanım Elizabet Aleksandr birinci xanım Cil Baydenin kommunikasiya direktoru olacaq.

Kampaniyanın baş məsləhətçisi olmuş xanım Eşli Etiyen Kamala Harrisin kommunikasiya direktoru vəzifəsini tutacaq.

Baydenin baş məsləhətçisi xanım Karin Jan Piyer mətbuat katibinin müavini işləyəcək.

Bayden-Harris kampaniyasına direktorluq etmiş xanım Pili Tobar Ağ evdə kommunikasiya direktorunun müavini kimi çalışacaq. Tobar vaxtilə immiqrasiya islahatlarını müdafiə edən “America’s Voice” qeyri-hökumət təşkilatında da direktor müavini postunu tutub.

Yeni seçilmiş prezident Cozef Bayden maliyyə naziri postuna da xanım təyin edəcəyini açıqlayıb. Bu vəzifədə Federal Ehtiyatlar Sisteminin keçmiş rəhbəri Canet Yellen çalışacaq.

Mənbə: Nbcnews.com

Neftsiz ixracın detalları

  • 02 Dekabr 2020
  • comments

Təzəxan Mirələmli – 50

  • 02 Dekabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda