Fransada orta məktəb müəllimi Semuel Patinin qətlinə görə daha üç şagir saxlanılıb.
Semuel Pati bu il oktyabrın 16-da Fransa paytaxtı yaxınlığındakı Konflan-Sent-Onorin şəhərində öldürülüb.
Pati söz azadlığından dərs dediyi vaxt orta məktəb şagirdlərinə Məhəmməd peyğəmbərin 2008-ci ilin iyulunda “Charlie Hebdo” jurnalında dərc olunan karikaturasını nümayiş etdiribmiş. Həmin karikatura “Charlie Hebdo” jurnalında çap edildiyi dövrdə müsəlmanların çox böyük etirazlarına səbəb olmuş, hətta bu etirazlar qətllərə, terror hadisələrinə gətirib çıxarmışdı.
47 yaşlı Semuel Patini karikaturanı nümayiş etdirdiyinə görə şagirdlərindən biri – Abdullah Anzorov öldürüb. O, məktəbin yaxınlığında müəllimin başını kəsib.
18 yaşlı Abdullah Anzorov rusiyalı mühacir, çeçen əsilli müsəlmandır.
Novator.az saytı “France 24” kanalına istinadla xəbər verir ki, Fransa polisi qətldə daha üç şagirdi şübhəli bilərək saxlayıb. Həmin şagirdlərin 13-14 yaşlarında olduqları bildirilir. Onlar Abdullah Anzorovla əlbir olmaqda, terror hadisəsində iştirak etməkdə günahlandırılır.
Mənbə: France24.com