• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Uşaqlara dair strategiya: fəaliyyət planı rəsmiləşib

  • 27 Noyabr 2020
  • Posted in Xəbər
0
SHARES
FacebookTwitterPinterest

Uşaqlara dair strategiya üzrə fəaliyyət planı təsdiqlənib. Prezident İlham Əliyevin 27 noyabr sərəncamı ilə rəsmiləşən plan 2020-2025-ci illəri əhatə edir.

Fəaliyyət planı bu istiqamətlərdə tədbirləri nəzərdə tutur:

– uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq təcrübədən yararlanmaqla bu sahədə çevik institusional mexanizm formalaşdırılması;

– erkən yaş dövründə uşaqların fiziki və əqli inkişafının təmin edilməsi, sağlam qidalanması istiqamətində tədbirlər görülməsi, eləcə də uşaqların sağlam böyüməsi üçün göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması;

– valideyn himayəsindən məhrum olmuş, baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial xidmətlərə əlçatanlığının artırılması və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların daha keyfiyyətli təhsillə təmin edilməsi;

– uşaqların milli-mənəvi ruhda tərbiyə olunması, istedad və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlər görülməsi;

– uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasına dair mütəmadi monitorinqlərin keçirilməsi və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi.

Tədbirlər bu prinsiplər rəhbər tutulmaqla həyata keçirilir:

– uşaqların maraqlarının qorunması;

– təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və idman sahələrində bütün uşaqlar üçün bərabər imkanlar yaradılması;

– dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını müdafiə etmək üçün müasir tələblərə uyğun dəstək xidmətlərinin təmin edilməsi;

– uşaq hüquqları sahəsində fəaliyyətə vətəndaş cəmiyyətinin, elm və təhsil müəssisələrinin cəlb edilməsi;

– uşaq hüquqları ilə bağlı problemlərin həllində uşaqların söz azadlığının və iştirakçılığının təmin edilməsi.

Planda göstərilən tədbirlərin icrasına tələb olunan xərclər müvafiq illər üzrə dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsait, büdcədənkənar vəsait, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Noyabrın 27-də prezident həmçinin Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün milli fəaliyyət planını təsdiqləyib.

Planın əsas məqsədinin ölkədə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılması olduğu vurğulanır, onun həyata keçirilməsi zamanı bu prinsiplər əsas götürülür: zorakılığın bütün formalarının yolverilməzliyi; insan hüquqlarına və azadlıqlarına hörmətin təşviqi; gender bərabərliyinin təmin olunması; məişət zorakılığının qarşısının alınması; məişət zorakılığından zərər çəkmiş şəxslərin, xüsusən qadın və uşaqların təhlükəsizliyinin və müdafiəsinin prioritetliyi; bütün müdaxilə tədbirlərində zərər çəkmiş şəxslərin müstəqilliyinə hörmət edilməsi və onların öz həyatlarına dair qərar verə bilməsinin üstünlüyü; məişət zorakılığının uşaqlara mənfi təsirinin nəzərə alınması və onun nəticələrinin minimuma endirilməsi; məişət zorakılığı törətmiş şəxslərin məsuliyyəti.

Harada nə qədər əmanət qoyulub?

  • 27 Noyabr 2020

“Vətən uğrunda atılmış addım”

  • 28 Noyabr 2020

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Bayden and içdi

comments
Xəbər

“Bunu heç vaxt unutmayacağıq”

comments
Xəbər

Sərmayə göstəriciləri

comments
Xəbər

3032 itki

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Bayden and içdi

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Bayden and içdi

comments
Xəbər

“Bunu heç vaxt unutmayacağıq”

comments
Xəbər

Sərmayə göstəriciləri

comments
Xəbər

3032 itki

comments
Xəbər

47 hərrac, 61,5 milyon manat

comments
ManşetXəbər

Prezidentin xüsusi nümayəndəlikləri yaradılır

comments
Xəbər

Azərbaycan nefti neçəyədir?

comments
Xəbər

Yeni nəşrlər

comments
ManşetXəbər

Qarabağ Dirçəliş Fondunun nizamnaməsi

comments
ManşetXəbər

Ticarət və istehsal statistikası

comments
Xəbər

Turizmdə nə qədər azalma var?

comments
Dünyanın səsiXəbər

Ermənistan hökumətində yenilik

comments
ManşetXəbər

2855 şəhid, 50 itkin

comments
Xəbər

20-ci ildə 26004 cinayət qeydə alınıb

comments
ManşetXəbər

İdarəçilikdə yeniliklər anonsu

comments

Azərbaycanda vaksinasiya FOTO

comments
Dünyanın səsiManşetXəbər

Peyvəndlər qara bazara ötürülür – “NBC News”

comments
Dünyanın səsiXəbər

Beşlikdə durum

comments
Dünyanın səsiManşetXəbər

“Rusiya Avropa ola bilmədi”

comments
Dünyanın səsiManşetXəbər

Navalnının həbsi FOTO, VİDEO

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda