ABŞ-ın məşhur avtomobil şirkəti, “Ford” maşınlarının istehsalçısı olan “Ford Motor” şirkəti koronavirusa qarşı peyvəndləri saxlamaq, daşımaq üçün xüsusi soyuducular sifariş edib.
Novator.az saytı “Reuters” agentliyinə soyuducular ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin birgə hazırladığı, həmçinin ABŞ-ın “Moderna” şirkətinin hazırladığı, sınaqlar zamanı 95 faiz effekt vermiş, yaxın zamanda istehsala buraxılması gözlənən vaksinlər üçün nəzərdə tutulub.
“Ford Motor”un sifariş etdiyi ultrasoyuducular sayılır. Çünki bu soyuducuların vaksini Selsi (°C) şkalası ilə mənfi 70 dərəcə temperaturda saxlamaq gücü olacaq.
Soyuducuların ilin sonuna hazır olacağı deyilir.
“Ford Motor” soyuducuları təkbaşına sifariş edib. Bu işdə heç bir şirkətlə əməkdaşılıq etməyən “Ford Motor” soyuduculara nə qədər pul xərclədiyini açıqlamır. Bəzi məlumatlara görə, peyvənd soyuducusunun biri 5000-15000 dollara başa gəlir.
“Ford Motor”un neçə soyuducu sifariş etdiyi bilinməsə də, onların sayının həddən artıq çox olacağı, milyonlarla dozada peyvəndi saxlamağa imkan verəcəyi bəllidir.
Mənbə: Reuters.com