Noyabrın 26-da Milli Məclis Vətən Müharibəsi Qəhrəmanı adının təsis edilməsi haqqında qanun layihəsinə üçüncü – son oxunuşda səs verib, müvafiq əsasnaməni təsdiqləyib.
Son səsvermədən keçən başqa bir qanun layihəsi ilə yeni orden və medallar yaradılır: “Zəfər” ordeni; “Qarabağ” ordeni; “Cəsur döyüşçü” medalı; “Döyüşdə fərqlənməyə görə” medalı; “Suqovuşanın azad olunmasına görə” medalı; “Cəbrayılın azad olunmasına görə” medalı; “Xocavəndin azad olunmasına görə” medalı; “Füzulinin azad olunmasına görə” medalı; “Zəngilanın azad olunmasına görə” medalı; “Qubadlının azad olunmasına görə” medalı; “Şuşanın azad olunmasına görə” medalı; “Kəlbəcərin azad olunmasına görə” medalı; “Ağdamın azad olunmasına görə” medalı; “Laçının azad olunmasına görə” medalı; “Vətən müharibəsi iştirakçısı” medalı; “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı.
Layihələr prezidentin imzasından sonra qüvvəyə minəcək.