UEFA Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turu bitib. Novator.az-ın məlumatına görə, 25 noyabr oyunlarından sonra A qrupundan “Bavariya” (Almaniya) və C qrupundan “Mançester Siti” (İngiltərə) 1/8 finala adlayıblar.
Reqlamentə əsasən, qrupda ilk iki yeri tutan komandalar növbəti raunda çıxır, üçüncü yerin sahibi Avropa Liqasına köçür.
E qrupundan “Çelsi” (İngiltərə) və “Sevilya” (İspaniya), G qrupundan “Barselona” (İspaniya) və “Yuventus” (İtaliya) növbəti raunda vəsiqəni noyabrın 24-də təmin ediblər.
Mənbə: Ntvspor.net