UEFA Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turu start götürüb. Novator.az-ın məlumatına görə, H qrupunda yarışan Türkiyə təmsilçisi “Başakşəhər” noyabrın 24-ü İngiltərədə “Mançester Yunayted”ə 1:4 hesabı ilə uduzub.
PSJ Fransada “Leypsiq”i (Almaniya) 1 cavabsız topla yenib.
Dörd turun ardından ingilislərin 9, fransızlarla almanların 6, türklərin 3 xalı var.
Qrupda ilk iki yeri tutan komandalar növbəti raunda çıxacaq, üçüncü yerin sahibi Avropa Liqasına köç edəcək.
24 noyabr oyunlarından sonra E qrupundan “Çelsi” (İngiltərə) və “Sevilya” (İspaniya), G qrupundan “Barselona” (İspaniya) və “Yuventus” (İtaliya) növbəti raunda vəsiqəni təmin ediblər.
Mənbə: Uefa.com