• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Financial Times”: Putinin iki aqibəti

  • 25 Noyabr 2020
  • Posted in AktualDünyanın səsiManşetŞərh
0
SHARES
FacebookTwitterPinterest

Böyük Britaniyanın “Financial Times” qəzetinin icmalçısı Henri Foy Putinin hakimiyyətdən gedəcəyi ilə bağlı tez-tez yayılan şayiələr haqda məqalə yazıb.

Novator.az icmalçının məqalədəki bəzi fikirlərini oxucuların diqqətinə çatdırır.

Hans Foy yazır ki, istənilən avtoritar liderin gələcək perspektivi iki aqibətə dirənir: ya qanuni müdafiə yolu ilə, təhlükəsiz şəkildə mülki həyata adlamaq, ya da ömürlük hakimiyyətdə qalmaq.

Müəllifin fikrincə, gələn ilin yanvarında 21 illik hakimiyyətini qeyd edəcək Vladimir Putinin hər iki aqibət üçün şansı var: “Rusiya liderinin Kremldən gedəcəyi barədə şayiələr ölkə parlamentinin keçmiş prezidentlərə və onların ailələrinə toxunulmazlıq verən qanunu qəbul etməsindən sonra daha da gücləndi. Amma Putinin təqaüdə çıxacağına işarə edən bu şayiələr 2024-cü ildə dördüncü prezidentlik müddəti başa çatacaq 68 yaşlı dövlət başçısına ölkəni daha 12 il idarə etmək imkanı verən başqa bir qanunla ziddiyyət təşkil edir”.

Hans Foy yazır: “Rusiyalı siyasətçi Tatyana Stanovaya hesab edir ki, Putinin prezidentliyi başa vuracağı halda toxunulmazlıq hüququna can atması təbii olsa da, yeni qanunvericiliklə onun mümkün pensiya planları arasında heç bir əlaqə yoxdur. Tatyana Stanovayanın sözlərinə görə, hazırda bir şeyi söyləmək mümkündür: Putin əlindən gələni edir ki, biz onun nə vaxt istefaya gedəcəyini anlamayaq”.

Henri Foy Vladimir Putinin bu ilin yazında təklif etdiyi yeni konstitusiyada yer alan fərqli müddəaları belə izah edir: “Rusiya lideri eyni səlahiyyəti fərqli vəzifə tutan iki adama həvalə etməyi sevir; o, tez-tez tapşırıqları bir-birinə rəqib olan idarə və nazirliklər arasında bölüşdürür. Bu yanaşma ayrı-ayrı şəxslər və ya təşəbbüslər uğursuzluğa düçar olanda Rusiya liderinə çeviklik və seçim imkanı verir, habelə tabeliyində olanların ona qarşı deyil, daha çox bir-birilərinə qarşı çıxmasını təmin edir. Putini həm Kremldən gedəcəyi halda qoruyan, həm də onun Kremldə qalmasına imkan verən iki ziddiyyətli qanun bu yanaşmaya uyğundur. Analitiklərin fikrincə, hazırda ikinci üsuldan istifadə olunması ehtimalı birincidən daha yüksəkdir”.

Henri Foy məqaləsini belə bitirir: “Tam siyasi güc toplayan və sonra planlarına uyğun qaydaları yenidən yazan bir prezident kimi Putin anlayır ki, istənilən varis eyni hərəkətləri edə bilər və istənilən qanunvericilik sığortasının qarşısını asanlıqla ala bilər. Stanovaya deyir ki, Putin daha əvvəl də varis tapa bilərdi, bu gün də tapa bilər, amma o, səhv etməyəcəyinə əmin deyil. “Seçiminiz sizi heç vaxt qorumayacaq” – Putin belə düşünür. O, bu məsələni həll etməyin bir yolunu tapana qədər hakimiyyətin ötürülməsi planından danışmaq hələ tezdir. Amma hazırda ehtiyatda bir neçə variantın olmasının da ziyanı yoxdur”.

Mənbə: Ft.com

Azərbaycan nefti neçəyədir?

  • 25 Noyabr 2020

O, universitet müəlliminin simvolunu yaradan fenom...

  • 25 Noyabr 2020

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycana gətirilən peyvəndin özəllikləri – “Nyu-York Tayms”

comments
ManşetXəbər

Karantin uzadılır, yumşalır

comments
ManşetXəbər

20-ci ilin xarici ticarəti

comments
ManşetXəbər

Prezidentin Şuşa çıxışları

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycana gətirilən peyvəndin özəllikləri – “Nyu-York Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycana gətirilən peyvəndin özəllikləri – “Nyu-York Tayms”

comments
ManşetXəbər

Karantin uzadılır, yumşalır

comments
ManşetXəbər

20-ci ilin xarici ticarəti

comments
ManşetXəbər

Prezidentin Şuşa çıxışları

comments

Azadlıq bölgəsində FOTOLAR

comments
ManşetŞərh

Rəsmi statistikadan nə mövzu çıxır?

comments
ManşetXəbər

Arif Hacılı Mərkəzi Bank layihəsinin ləğvinə çağırır

comments
Dünyanın səsiManşetTribuna

Putin niyə “peyvənd nəhəngi” ola bilmədi?

comments
Dünyanın səsiŞərh

Koronavirus eşitmə qabiliyyətinə təsir edirmi?

comments
ManşetVideoXəbər

Şuşa səfərindən VİDEOLAR

comments
Dünyanın səsiManşetXəbər

Yaxın çevrənin itkiləri

comments
AktualDünyanın səsiManşetXəbər

Xaricdəki Azərbaycan

comments
Dünyanın səsi

Nümayəndələr Palatası Trampa impiçment elan edib

comments
ManşetXəbər

Vüqar Səfərli həbs edilib

comments
Dünyanın səsiManşetXəbər

İndoneziyada qeyri-adi peyvənd strategiyası

comments
ManşetŞərh

Üç azalmanın ikincisi

comments
Dünyanın səsiManşetXəbər

Avropa Məhkəməsindən yeni cərimələr

comments
AktualDünyanın səsiManşetŞərh

Kapitoliyə basqın doğrudanmı Putinə hədiyyədir?

comments
AktualManşetTribunaYazarlar

Əriyib yoxa çıxmaq

comments
AktualManşetXəbər

“Heç bir biznesim yoxdur və olmayıb”

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda