• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İctimai iaşə müəssisələrinə yeni tələb

  • 24 Noyabr 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Nazirlər Kabineti ictimai iaşə müəssisələrinin koronavirus pandemiyası dövründə müştəri qəbulu normalarını yeniləyib.

İyulun 6-da müştəri qəbulu zamanı adambaşına sıxlıq normaları təsdiqlənib. Sənəd hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin ümumi sahəsinin, oturacaq yerlərinin sayının, masalar arasında məsafənin, adambaşına sıxlıq normalarının göstərilməsini hökm edir. Nəzarət Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına həvalə olunub.

Avqustun 11-də isə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalar arasında məsafələrin 2 metrdən az olmaması qərarı verilib .

Novator.az bildirir ki, noyabrın 23-də qaydalara yeni tələblər əlavə olunub. Yeniliyə əsasən, ictimai iaşə obyektində koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün operativ nəzarət üzrə məsul şəxs təyin edilməli və bu təyinat rəsmiləşdirilməlidir.

Məsul şəxsin işi belə sıralanır: qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə koronavirusla mübarizə ilə bağlı xəbərdaredici məlumatların çatdırılmasını təmin etmək, işçi heyət üçün gigiyena və sanitariya qaydaları ilə bağlı təlimlərin təşkili; bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etmək və onların icrasına nəzarəti həyata keçirmək.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargahın son rəsmi hesabatında yoluxanların ümumi sayı 95281 nəfər, xəstəlik qurbanlarının ümumi sayı 1160 nəfər göstərilib.

Prezident Ağdamda FOTO, VİDEO

  • 23 Noyabr 2020
  • comments

Harada nə qədər xəstə var?

  • 24 Noyabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda