Noyabrın 24-də sərəncam imzalayan prezident İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradıb.
Qərargahın rəhbəri funksiyası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə həvalə olunub.
Üzvlər bu şəxslərdir:
Zeynal Nağdəliyev – prezidentin köməkçisi, Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdiri
Şahmar Mövsümov – prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Hikmət Hacıyev – prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri
Fuad Ələsgərov – prezidentin köməkçisi, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Anar Ələkbərov – prezidentin köməkçisi
Gündüz Kərimov – Prezident Administrasiyasının qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi
Elçin Əmirbəyov – birinci vitse-prezidentin köməkçisi
Xalid Əhədov – birinci vitse-prezidentin köməkçisi
Emin Hüseynov – birinci vitse-prezidentin köməkçisi
Kamran Əliyev – baş prokuror
Vilayət Eyvazov – daxili işlər naziri
Muxtar Babayev – ekologiya və təbii sərvətlər naziri
Fikrət Məmmədov – ədliyyə naziri
Sahil Babayev – əmək və əhalinin sosial müdafiəsi naziri
Kəmaləddin Heydərov – fövqəladə hallar naziri
Ceyhun Bayramov – xarici işlər naziri
Mikayıl Cabbarov – iqtisadiyyat naziri
İnam Kərimov – kənd təsərrüfatı naziri
Samir Şərifov – maliyyə naziri
Zakir Həsənov – müdafiə naziri
Ramin Quluzadə – nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Oqtay Şirəliyev – səhiyyə naziri
Emin Əmrullayev – təhsil naziri
Anar Quliyev – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi
Əli Nağıyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Orxan Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi
Anar Kərimov – mədəniyyət nazirinin birinci müavini
Rəşad Nəbiyev – “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılması da tapşırılıb.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub, təcavüz şiddətlənərək müharibəyə çevrilib.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və ətraf bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Noyabrın 10-dan hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu Azərbaycana qaytarıb. Noyabrın 25-dək Kəlbəcər rayonu, dekabrın 1-dək Laçın rayonu təhvil verilməlidir.