• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əliyevlə Putin yolların açılmasını müzakirə ediblər

  • 24 Noyabr 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Noyabrın 24-də prezident İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, telefon danışığı zamanı Azərbaycan prezidentinin, Rusiya prezidentinin və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə bəyanatının bəndlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib, davamlı atəşkəs rejimindən, Rusiya sülhməramlı missiyasının rəhbərliyi ilə Azərbaycanın müvafiq strukturlarının rəhbərliyi arasında sıx əlaqələrin yaradılmasından məmnunluq bildirilib.

Dövlət başçıları həmçinin azərbaycanlı və erməni əhaliyə humanitar yardım göstərilməsi məsələlərini müzakirə ediblər: “Söhbətin gedişində 10 noyabr bəyanatının bəndlərinə müvafiq olaraq nəqliyyat infrastrukturunun inşası və nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə edilib. Regionda uzunmüddətli sülhün təmin ediləcəyinə əminlik bildirilib”.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub, təcavüz şiddətlənərək müharibəyə çevrilib.

1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və ətraf bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə, 286 kənd azad olunub.

Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 9-da imzaladıqları birgə bəyanatla noyabrın 10-dan hərbi əməliyyatlar dayandırılıb.

Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək Laçın rayonunu Azərbaycana qaytarmağa boyun olub.

Noyabrın 15-də Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün daha 10 gün vaxt istəyib, Azərbaycan buna razılaşıb.

Noyabrın 20-də düşmən Ağdam rayonunu Azərbaycana qaytarıb.

9 noyabr razılaşmasına əsasən, Dağlıq Qarabağda təmas xətti və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.

Əlaqələndirmə Qərargahı yaradıldı

  • 24 Noyabr 2020
  • comments

Ordu Kəlbəcərdə

  • 25 Noyabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda