Görkəmli ictimai-siyasi xadim Hikmət Hacızadə vəfat edib.
O, noyabrın 11-də insult keçirmiş, koma vəziyyətində Bakıdakı Respublika Müalicə-Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.
1954-cü il təvəllüdlü Hikmət Hacızadə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Fizika-riyaziyyat elmləri namizədidir. Elmlər Akademiyasının Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
Milli azadlıq hərəkatının (1988-1991) liderlərindəndir. Azərbaycan Xalq Cəbhəsinin “Svoboda” qəzetinin redaktoru olub.
Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) baş nazirin müavini, Azərbaycanın Rusiya paytaxtı Moskvada səlahiyyətli nümayəndəsi postlarını tutub.
1993-2015-ci illərdə Müsavat Partiyasının üzvü olub.
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin qurucusudur.
Allah rəhmət eləsin!