• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

9-cu itki

  • 20 Noyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetXəbər

Azərbaycan Xalq Cəbhəsinin (AXC) qurucularından olan Hikmət Hacızadə noyabrın 20-də vəfat etdi. 1954-cü il təvəllüdlü Hikmət Hacızadə milli azadlıq hərəkatının (1988-1991) liderlərindəndir, Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) baş nazirin müavini, Azərbaycanın Rusiya paytaxtı Moskvada səlahiyyətli nümayəndəsi postlarını tutub, 1993-2015-ci illərdə Müsavat Partiyasının üzvü olub.

Novator.az bildirir ki, Hikmət Hacızadə AXC-nin ilk liderləri arasında 9-cu itkidir. Dilarə Əliyeva 1991-ci ildə avtomobil qəzasında həlak olub, Yusif Səmədoğlu 1998-ci, Nəcəf Nəcəfov 1999-cu, Əbülfəz Elçibəy 2000-ci, Əlikram Əliyev 2011-ci, Vurğun Əyyub, Firudin Səməndərov 2019-cu, Tofiq Qasımov 2020-ci ildə vəfat ediblər.

AXC 1989-cu il iyulun 16-sı Bakıda təsis olunub. Qurucu konfransda Əbülfəz Elçibəy AXC sədri seçilib.

İlk İdarə Heyətində Canbaxış Umudov, Etibar Məmmədov, Ələkrəm Hümmətov, Hikmət Hacızadə, İsa Qəmbər, Leyla Yunus, Nemət Pənahlı, Nəcəf Nəcəfov, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabit Bağırov, Sülhəddin Əkbər, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə təmsil olunublar.

İkinci İdarə Heyətinə əvvəlki tərkibdən Etibar Məmmədov, Hikmət Hacızadə, İsa Qəmbər, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabit Bağırov, Tofiq Qasımov, Yusif Səmədoğlu ilə yanaşı Arif Paşa, Dilarə Əliyeva, Əlikram Əliyev, Firudin Səməndərov, Sabir Rüstəmxanlı, Vurğun Əyyub mandat alıblar.

1991-ci ildə İdarə Heyəti institutu ləğv edilib.

AXC Ali Məclisinin sədri postunu 1991-ci ilə qədər Tamerlan Qarayev, 1992-ci ilə qədər Arif Hacılı, 1992-ci ildən Qulamhüseyn Əlibəyli tutub.

AXC 1992-1993-cü illərdə hakimiyyətdə olub.

1992-ci il mayın 18-dən prezident səlahiyyətlərini həmin gündən parlament sədri olan İsa Qəmbər icra edib. İyunun 7-də Əbülfəz Elçibəy prezident seçilib, ayın 17-də vəzifəsinin icrasına başlayıb.

1993-cü ilin iyununda AXC hakimiyyəti hərbi-siyasi qiyamla devrilib, ayın 24-də Əbülfəz Elçibəy Milli Məclisin qərarı ilə vəzifədən uzaqlaşdırılıb.

Ələkrəm Hümmətov, Leyla Yunus xaricdə yaşayırlar.

Arif Hacılı Müsavat Partiyasının başqanı, Etibar Məmmədov Milli İstiqlal Partiyasının lideri, Qulamhüseyn Əlibəyli Aydınlar Partiyasının, Pənah Hüseyn Xalq Partiyasının, Sülhəddin Əkbər Azad Demokratlar Partiyasının sədri, İsa Qəmbər Milli Strateji Düşüncə Mərkəzinin rəhbəridir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı həmçinin parlamentin deputatıdır.

Sabit Bağırov, Zərdüşt Əlizadə ictimai fəaliyyət göstərirlər.

Rəhim Qazıyev və Nemət Pənahlı müstəqil siyasi fəaliyyətlə məşğuldurlar.

Tamerlan Qarayev Azərbaycanın Litvada səfiridir.

1995-ci ildə AXC partiyaya çevrilib. 2000-ci ildən həmin siyasi təşkilata – Azərbaycan Xalq Cəbhəsi Partiyasına Əli Kərimli liderlik edir.









Yeni fəxri ad, orden və medallar

  • 20 Noyabr 2020
  • comments

Ermənistan: müdafiə naziri dəyişdi

  • 20 Noyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0
comments
Xəbər

Makroiqtisadi göstəricilər

GLOBALS:0

Tags

  • Anım
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə bir sual

Son materiallar

comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda