• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Oğru general öldü

  • 19 Noyabr 2020
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

Erməni general-leytenant Manvel Qriqoryan ölüb. Xəbəri noyabrın 19-da Armeniasputnik.am yayıb.

Novator.az bildirir ki, 1956-cı il təvəllüdlü Manvel Qriqoryan Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçısıdır. Dağlıq Qarabağda müxtəlif hərbi hissələrə komandirlik edib, Ermənistan Ordusunda korpus komandiri olub. 2000-2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub.

2012 və 2017-ci illərdə parlamentin deputatı seçilib, uzun illər “Yerkrapa” könüllülər birliyinin sədri olub.

2018-ci il iyunun 16-da Milli Təhlükəsizlik Xidmətinin tutduğu Manvel Qriqoryan silah-sursatı, dövlət əmlakını və ictimai əmlakı mənimsəməkdə, vergidən yayınmada təqsirli bilinib. Cinayət işinə onun həyat yoldaşı və oğlu da cəlb olunub.

Onkoloji xəstəlikdən və şəkərdən əziyyət çəkən general 2020-ci ilin yanvarında həbsdən buraxılmışdı.

Manvel Qriqoryan Qarabağdakı son müharibəyə yollanmış, ancaq səhhəti ağırlaşdığı üçün oktyabrın 20-də Yerevana qaytarılaraq xəstəxanaya yerləşdirilmişdi.

1988-ci ildə Ermənistan Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə Azərbaycana qarşı təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub, təcavüz şiddətlənərək müharibəyə çevrilib.

1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və ətraf bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) tutub.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun ümumilikdə 4 qəsəbəsi, 286 kəndi, həmçinin Şuşa şəhəri azad edilib.

Dekabrın 1-dək Ermənistan Ağdam, Kəlbəcər, Laçın rayonlarını Azərbaycana qaytarmalıdır.

Ermənistanda yeni xarici işlər naziri

  • 19 Noyabr 2020
  • comments

Yaxın ölkələrin itkiləri

  • 19 Noyabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hadisə

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda