![]({"full":{"0":"2020\/11\/Qelebe-1-1.jpg","1":752,"2":420,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2020\/11\/Qelebe-1-1.jpg"}})
UEFA Millətlər Liqasının A divizionunda qrup mərhələsinin qalibi olan dörd yığma final raunduna vəsiqə alıb. Novator.az-ın məlumatına görə, bunlar İtaliya, Belçika, Fransa və İspaniya milli komandalarıdır.
Final mərhələsi 2021-ci ilin oktyabrına, İtaliyaya təyin olunub.
B divizionunda Avstriya, Çexiya, Macarıstan və Uels; C divizionunda Monteneqro, Ermənistan, Sloveniya və Albaniya; D divizionunda Farer adaları və Cəbəllütariq qalib gələrək yuxarı diviziona adlamaq hüququ qazanıblar.
Bosniya, İslandiya və İsveç A divizionundan; Şimali İrlandiya, Slovakiya, Türkiyə və Bolqarıstan B divizionundan ələniblər.
Azərbaycanın yarışdığı C divizionunda qalmaq uğrunda Moldova Qazaxıstanla, Estoniya Kiprlə cüt oyunlar keçirəcək.