• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ənvər Börüsoyun müalicəsi üçün müraciət olunub

  • 18 Noyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetXəbər

Tanınmış jurnalist Ənvər Börüsoy onkoloji xəstəlikdən əziyyət çəkir. “Hürriyyət” qəzetinin yazdığına görə, Milli Məclisin deputatı Aqil Abbas və bir qrup jurnalist (Qulu Məhərrəmli, Elçin Şıxlı, Arif Əliyev, Umud Mirzəyev, Yadigar Məmmədli, Sevil Yusifova, Vüqar Məmmədov, Yunus Oğuz, Rauf Arifoğlu, Asif Mərzili, Akif Aşırlı, Rəfael Becanov) Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edərək Ənvər Börüsoyun müalicəsinə yardım göstərilməsini istəyiblər.

Ənvər Börüsoy türk dünyası, Qafqaz və Orta Şərqin ictimai, siyasi, mədəni və sosial həyatını araşdıran yazıları ilə tanınır. O, “Hürriyyət” qəzetinin 17 noyabr sayında dərc olunmuş müsahibəsində bildirir ki, ağ ciyərində onkoloji problem 2019-cu ilin avqustunda üzə çıxıb, bir müddət Təbrizdə müalicə alıb: “Çox peşəkar həkimlər idilər. Dərmanları da olduqca keyfiyyətli idi. 2020-ci ilin fevral ayına kimi orada müalicə olundum. Pandemiya olayı çıxınca və yollar bağlandığı üçün müalicəm də yarımçıq qaldı. Bu ilin avqust ayında xəstəliyim yenidən şiddətlənməyə başladı. Ona görə də Milli Onkologiya Mərkəzinə müraciət etdim”.

Jurnalist qeyd edir ki, bir il bütün imkanlarını səfərbər edərək müalicə ala bilib: “Ancaq indi bütün imkanlarım tükənib. Dostlarım təkidlə bildirdilər ki, Heydər Əliyev Fonduna müraciət olunsun”.

Ənvər Börüsoyun sözlərinə görə, Təbrizdə üç dəfə kimyəvi terapiya alıb, Bakıda dörd dəfə müalicə kursu keçib, ancaq səhhətində ciddi irəliləyiş yoxdur: “Müalicəni keyfiyyətli şəkildə davam etdirmək maddi imkanlara bağlanır. Mənim qazancım o qədər deyil ki, bütün bunların öhdəsindən gələ bilim. Həkimlər deyirlər vaxtlı-vaxtında müalicəmi davam etdirməsəm, ağ ciyərimdəki şişlər sürətlə böyüyə bilər”.

Əhalisi 100 nəfərdən çox olan şəhər və rayonlar

  • 18 Noyabr 2020
  • comments

Əli İldırımoğlu vəfat edib

  • 18 Noyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Media
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda