• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“USA Today”: Tramp gedənəcən qoşunları bir az da ixtisar etmək istəyir

  • 17 Noyabr 2020
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

ABŞ prezidenti Donald Trampın Amerikanın Əfqanıstanda və İraqdakı qoşunları ilə bağlı yeni qərar verəcəyi gözlənir.

Novator.az bildirir ki, xəbəri etibarlı mənbələrə istinadla Vaşinqtonda nəşr edilən “USA Today” qəzeti yayıb.

2001-ci ilin 11 sentyabrında Nyu-York şəhərində törədilən terrordan sonra ABŞ antiterror əməliyyatlarına başlayaraq həmin il Əfqanıstana, 2003-cü ildə isə İraqa qoşun yeridib. Hazırda ABŞ-ın bu iki ölkədə təxminən 7 min nəfərlik qoşunu var (Əfqanıstanda 4 min, İraqda 3 min hərbçi).

2016-cı ildə keçirilmiş prezident seçkisində qalib gələn, 2017-ci il yanvarın 20-dən səlahiyyətlərinin icrasına başlayan Donald Tramp 2020-ci il seçkisini uduzub və o, 2021-ci il yanvarın 20-də postunu təhvil verməlidir.

“USA Today” qəzetinin yazdığına görə, prezidentliyi dövründə vəd etdiyi kimi Amerikanın Əfqanıstan və İraqda qoşunlarının sayını azaltmış Donald Tramp hakimiyyətdən gedənədək növbəti ixtisarları reallaşdırmaq fikrindədir.

Qəzet qeyd edib ki, Tramp Əfqanıstan və İraqda amerikalı hərbçilərin cəmi sayını 2500 nəfərə endirməyi planlaşdırır. Bu ixtisarların gələn il yanvarın ortalarında baş verəcəyi vurğulanır.

Amerikanın bəzi hərbi və siyasi dairələri Əfqanıstan və İraqda terrorla mübarizənin başa çatmadığını bildirir və Trampın qoşunların sayını azaltmaq qərarlarını daima tənqid edirlər.

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin vəzifəyə gələndən sonra Trampın qərarını ləğv etmək səlahiyyəti olacaq.

Mənbə: Usatoday.com

Koronavirus: ölənlərin sayı 1005 nəfərə yüksəlib

  • 17 Noyabr 2020
  • comments

0-lı nəticə, yerində saymaq

  • 18 Noyabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Artım, azalma, bazar

GLOBALS:0
comments
Xəbər

Hasilat hesabatı

GLOBALS:0
comments
Xəbər

Bitir…

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Artım, azalma, bazar

Son materiallar

comments
Xəbər

Artım, azalma, bazar

GLOBALS:0
comments
Xəbər

Hasilat hesabatı

GLOBALS:0
comments
Xəbər

Bitir…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda