• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nə qədər pensiyaçı var?

  • 17 Noyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualXəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi hesabatına görə, 2020-ci il oktyabrın 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 244,4 min nəfər pensiyaçı qeydiyyatda olub, onların 58,3 faizi yaşa, 30,3 faizi əlilliyə, 11,4 faizi ailə başçısını itirməyə görə pensiya alıb.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği 298,4 manat göstərilir.

2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi artırılır. 2021-ci il iyulun 1-dək kişilərin, 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı 65-ə çatacaq.

Novator.az bildirir ki, Azərbaycanda əmək pensiyasının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir.

Pensiyanın sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənən pensiya ödənişi müddətinin aylarının sayına (144 ay) nisbəti şəklində hesablanan məbləğdir.

İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsas götürülməklə həyata keçirilir.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2020-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin doqquz ayına nisbətən 17,1 faiz yüksəlib.

Əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat müəyyən olunub, 2020-ci ilin indeksləşdirməsi nəticəsində 233,2 manata çatıb. Ölkə üzrə orta aylıq nominal əməkhaqqının 17,1 faiz artmasından çıxış etsək, 2021-ci ilin indeksləşdirməsi nəticəsində minimum pensiya məbləği 39,8 manat artacaq.

Sahələr üzrə orta maaş

  • 17 Noyabr 2020
  • comments

Koronavirus: ölənlərin sayı 1005 nəfərə yüksəlib

  • 17 Noyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda