“BioNTech” və “Pfizer” şirkətlərinin koronavirus əleyhinə hazırladığı potensial vaksinin kliniki sınaqlar zamanı 90%-dən çox effekt verdiyi bəyan olunan kimi bu şirkətlərin səhmləri bahalaşıb.
Novator.az CNN kanalına istinadla xəbər verir ki, yeni vaksinin 90%-dən çox effekt verdiyi noyabrın 9-da açıqlanıb.
Bundan bir gün sonra “BioNTech” şirkətinin səhmləri 15%, “Pfizer”in səhmləri isə 8% artıb.
“BioNTech” Almaniya şirkətidir. Bu şirkətin sahibləri türk əsilli alimlər Uğur Şahin və onun xanımı Özləm Türəcidir. Onlar Almaniya vətəndaşıdırlar. Vaksini kəşf edən də Uğur Şahin və Özləm Türəcidir. Vaksinin bazara çıxarılması üçün onlar “Pfizer” şirkəti ilə müqavilə bağlayıblar.
Vaksinin kliniki sınaqlar zamanı 90%-dən çox effekt verməsinə dair açıqlamanı noyabrın 9-da “BioNTech” və “Pfizer” şirkətləri birgə açıqlayıb.
“Pfizer” ABŞ şirkətidir. Bu şirkətin rəhbəri əslən yunan olan Albert Burladır.
Mənbə: CNN.com