Əmanətlərin Sığortalanması Fondunun yeni hesabatına görə, qapadılmış “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBCBank” banklarının əmanətçilərinə qorunan əmanətlər üzrə 579,2 milyon manat kompensasiya ödənib.
Mərkəzi Bank “Atabank”la “Amrah Bank”ın lisenziyalarını aprelin 28-də, “AGBank”la “NBCBank”ın lisenziyalarını mayın 12-də ləğv edib. Banklarda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat göstərilib.
Azərbaycanda illik faiz dərəcəsi milli valyutada 12 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olmayan əmanətlər tam sığortalanıb.
“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənməsinə iyunun 1-dən başlanıb. “AGBank” və “NBCBank”ın əmanətçiləri kompensasiyaları iyunun 16-dan alırlar.
Bağlanan banklarda nə qədər qorunan əmanət var?
Qorunan əmanətlər necə ödənəcək?
Bağlanan bankların əmanətçilərinə müraciət
Bağlanan bankların əmanətçilərinə nə qədər vəsait ödənib?
Əmanətlərdə dolaşıqlıq yaranıb
Bağlanan banklar: 503,5 milyon manat ödənib
Batan banklar: 529,2 milyon manat ödənib
Bağlanan banklar: nə qədər kompensasiya ödənib?
Bağlanan banklar üçün ödəniş statistikası
Kompensasiya ödənişi necə gedir?