• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Poçt göndərişləri: yasaq malların və əşyaların siyahısı

  • 16 Noyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Nazirlər Kabineti poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların siyahısında dəyişiklik edib. Novator.az bildirir ki, bütün poçt göndərişlərində göndərilməsi yasaq mal və əşyaların siyahısına Azərbaycan qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika əlavə olunub.

Azərbaycana beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyaların yenilənmiş siyahısı belədir:

pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;

insan orqanları və (və ya) toxumaları;

canlı heyvanlar;

tezalışan maddələr;

zəhərli və toksikoloji maddələr;

bioloji və infeksion maddələr;

civə, kimyəvi reaktivlər və turşular;

insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən materiallar;

tez xarab olan qida məhsulları;

öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;

sikkələr, banknotlar və yol çekləri;

radioaktiv maddələr;

narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;

narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;

odlu silah və onun döyüş sursatları.

Azərbaycandan beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyaların siyahısı belə yenilənib:

pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;

insan orqanları və (və ya) toxumaları;

canlı heyvanlar;

tezalışan maddələr;

zəhərli və toksikoloji maddələr;

bioloji və infeksion maddələr;

civə, kimyəvi reaktivlər və turşular;

insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən materiallar;

tez xarab olan qida məhsulları;

öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;

sikkələr, banknotlar və yol çekləri;

təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar;

dövlət gerbi həkk olunmuş sənədlərin əsli;

dövlət kəmiyyət vahidləri etalonları;

Dövlət Arxiv Fondunun sənədləri;

aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya alınmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri;

radioaktiv maddələr;

narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;

narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;

odlu silah və onun döyüş sursatları;

qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmirağac);

Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyətinə aid informasiya sistemləri, sənədlər və arxivlər;

dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr;

xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar;

Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları;

müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının dövlət siyahısına daxil olan milli mədəniyyət əmlakı sayılan obyektlər;

xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.

Azərbaycan ərazisindən keçən (tranzit) beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyaların yeni siyahısı belədir:

canlı heyvanlar;

tezalışan maddələr;

zəhərli və toksikoloji maddələr;

bioloji və infeksion maddələr;

civə, kimyəvi reaktivlər və turşular;

insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən materiallar;

tez xarab olan qida məhsulları;

öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;

radioaktiv maddələr;

narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;

narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;

odlu silah və onun döyüş sursatları.

Daxili poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar bunlardır:

pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;

insan orqanları və (və ya) toxumaları;

canlı heyvanlar;

tezalışan maddələr;

zəhərli və toksikoloji maddələr;

bioloji və infeksion maddələr;

civə, kimyəvi reaktivlər və turşular;

insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən materiallar;

öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;

sikkələr və banknotlar;

radioaktiv maddələr;

narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;

narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;

odlu silah və onun döyüş sursatları.

“Nyu-York Tayms”: Ən şanslı vaksini kəşf etmiş tür...

  • 16 Noyabr 2020
  • comments

94 ölən, 414 xəsarət alan var

  • 16 Noyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda