UEFA Millətlər Liqasının qrup mərhələsində sona bir tur qalır. Novator.az-ın məlumatına görə, beş turdan sonra A divizionunun 3-cü qrupunda Fransanın qalib gələcəyi dəqiqləşib.
1-ci qrupda İtaliya; 2-ci qrupda Belçika; 4-cü qrupda Almaniya liderdir.
Qrupların qalibləri 2021-ci ilin oktyabrına təyin olunan final mərhələsinə qatılacaq.
B divizionunun 1-ci qrupunda Avstriya; 2-ci qrupunda Şotlandiya; 3-cü qrupunda Rusiya; 4-cü qrupunda Uels öndədir.
C divizionunun 1-ci qrupunda Monteneqro, 2-ci qrupunda Şimali Makedoniya; 3-cü qrupunda Sloveniya; 4-cü qrupunda Belarus irəli çıxıb.
D divizionunun 1-ci qrupunda Farer adaları; 2-ci qrupunda Cəbəllütariq başçıdır.
B, C, D divizionları qruplarının qalibləri yuxarı diviziona adlamaq hüququ qazanacaq.
A, B divizionu qruplarının sonuncuları və C divizionunun ən zəif iki komandası aşağı diviziona düşəcək.
Mənbə: Uefa.com