• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Səfirə iki irad

  • 13 Noyabr 2020
0
SHARES
FacebookTwitterPinterest

Prezidentin köməkçisi, administrasiyanın xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna iki irad tutub.

Noyabrın 9-u axşam Ermənistanın hava məkanında, Naxçıvan sərhədi yaxınlığında Rusiyanın Mi-24 vertolyotu vurulub, iki hərbi qulluqçu həlak olub, bir nəfər yaralanıb. Bu insident araşdırılır.

Noyabrın 12-də Rusiyanın RBK kanalına açıqlamasında səfir Polad Bülbüloğlu vertolyotun vurulmasını faciəvi təsadüf adlandırıb. O qeyd edib ki, müharibədə hər şey ola bilər: “Vertolyot radarlarda görünüb və Azərbaycan hərbçiləri hərbi vəziyyət şəraitini nəzərə alıb onu vurmaq qərarına gəliblər”.

Səfirin sözləri (xüsusilə “müharibədə hər şey ola bilər” deməsi) Rusiya Xarici İşlər Nazirliyinin sərt etirazına səbəb olub.

Noyabrın 13-də AZƏRTAC-a danışan Hikmət Hacıyev deyib ki, Rusiya Silahlı Qüvvələrinə məxsus vertolyotla əlaqədar faciəvi hadisədən dərhal sonra, noyabrın 9-da prezidentlər İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub: “Həmin gün Azərbaycanın Xarici İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edib. Azərbaycanın Baş Prokurorluğu bu təsadüfi faciə ilə əlaqədar cinayət işi açıb. İki ölkənin baş prokurorları arasında telefon danışığı olub. İstintaqın gedişi ilə bağlı qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir. Azərbaycanın Rusiyadakı səfirinin bu məsələ ilə bağlı verdiyi şərh yersizdir. Bu kimi hal Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə bilməz”.

Prezidentin köməkçisi həmçinin səfirin məsələnin mahiyyətinə varmadan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədiklərinin qəbuledilməz olduğunu vurğulayıb: “Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər”.

Noyabrın 12-si Moskvada brifinq keçirən Polad Bülbüloğlu Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağın erməni əhalisinə mədəni muxtariyyət verməyi nəzərdən keçirdiyini deyib.

1945-ci il təvəllüdlü Polad Bülbüloğlu bəstəkar, müğənni, dövlət xadimi, diplomatdır. 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub, 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiridir.

1988-ci ildə Ermənistan Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmək istəyi ilə Azərbaycana qarşı təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub, təcavüz şiddətlənərək müharibəyə çevrilib, Azərbaycan bölgənin muxtariyyətini ləğv etməyə məcbur olub.

1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və ətraf bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri cəbhə xəttində atəşkəs rejimini pozub. Azərbaycan Ordusunun həmin gündən noyabrın 10-dək apardığı əks-həmlə əməliyyatlarında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun ümumilikdə 4 qəsəbəsi, 286 kəndi, həmçinin Şuşa şəhəri azad edilib.

Noyabrın 10-dan hərbi əməliyyatlar dayandırılıb. Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək Laçın rayonunu Azərbaycana qaytarmağa boyun olub.

Dağlıq Qarabağda təmas xətti və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilir.

16-cının 24-ü

  • 13 Noyabr 2020

Reportyorlar (98)

  • 13 Noyabr 2020

Son materiallar

comments
Xəbər

Neftsiz ixrac 30,9 faiz artıb

comments
Xəbər

Bakıda orta maaş, başqa göstəricilər

comments
Xəbər

İdxala güzəşt fərmanı

comments
Xəbər

Şuşa qanunu rəsmən yeniləndi

Rəylər

Do not miss

comments
Xəbər

Neftsiz ixrac 30,9 faiz artıb

Son materiallar

comments
Xəbər

Neftsiz ixrac 30,9 faiz artıb

comments
Xəbər

Bakıda orta maaş, başqa göstəricilər

comments
Xəbər

İdxala güzəşt fərmanı

comments
Xəbər

Şuşa qanunu rəsmən yeniləndi

comments
ManşetXəbər

Məclis üzvlərinin yeni maaşları

comments
ManşetXəbər

Manat yarım ildə 2,7 milyard dollar aparıb

comments
ManşetXəbər

Qaz bazarında çevriliş?

comments
Xəbər

Dörd zabitə general-mayor rütbəsi verildi

comments
Xəbər

Gəncə Şəhər Məhkəməsinə təyinatlar

comments
Dünyanın səsiManşetXəbər

Müxalif lider postunu itirdi

comments
ManşetXəbər

Valyuta ehtiyatı nə qədər artıb?

comments
ManşetXəbər

Əlilliyin müəyyən olunması meyarları

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiya neçə yerindən parçalana bilər? – “EUObserver” nəşri

comments
Xəbər

İqlim normasından yüksək

comments
ManşetXəbər

Müharibə veteranlarına 210 manat

comments
ManşetXəbər

Zülmün nümayişi

comments
Xəbər

Vergidən azadlıq qərarı

comments
Xəbər

Nazirliyin yarım ili

comments
ManşetXəbər

Hasilatda yeni norma

comments
Dünyanın səsiManşetXəbər

Bayden: “Müharibə Ukraynanın məğlub olması ilə bitməyəcək”

comments
ManşetXəbər

İsa Qəmbərin şikayətinə baxılacaq

comments
Xəbər

Koronavirus hesabatı

comments
ManşetXəbər

“Güc və müdriklik sayəsində torpaqlarımızı azad etdik”

comments
Dünyanın səsiXəbər

Ermənistanda uşaq pulu artır

comments
AktualManşetXəbər

Laçını tam qaytaran yol

comments
ManşetXəbər

Avropadan təzminat qərarları

comments
Dünyanın səsiManşetXəbər

İsrail növbədənkənar seçkiyə gedir

comments
Dünyanın səsiManşetŞərh

Putinin bu avantürası puça çıxıb – “Vaşinqton Post”

comments
Xəbər

Bakı konfransı

comments
Xəbər

Zahir Əmənovun 70 yaşı

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda