• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tək Qarabağ deyil…

  • 12 Noyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetXəbər

Xarici İşlər Nazirliyinin təqdim etdiyi statistikaya görə, Azərbaycana təcavüzü dövründə Ermənistan 900 yaşayış məntəqəsini işğal edib. Novator.az bildirir ki, bu yaşayış məntəqələrinin 8-i təcavüzün ən qaynar nöqtəsi olan Qarabağ bölgəsindən kənardadır.

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi 1990-cı ildə zəbt olunub. Kənddən məcburi köçkün düşənlərin sayı 926 nəfər göstərilir.

Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ildən, Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri 1992-ci ildən işğaldadır. Bu kəndlərdən ümumilikdə 7803 məcburi köçkün var.

Ermənistanın Azərbaycana təcavüzü 1988-ci ildə Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək müharibəyə çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və ətraf bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri cəbhə xəttində atəşkəs rejimini pozub. Azərbaycan Ordusunun həmin gündən noyabrın 10-dək apardığı əks-həmlə əməliyyatlarında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun ümumilikdə 4 qəsəbəsi, 286 kəndi, həmçinin Şuşa şəhəri azad edilib.

Noyabrın 10-dan hərbi əməliyyatlar dayandırılıb. Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək Laçın rayonunu Azərbaycana qaytarmağa boyun olub.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2020-ci il iyulun 1-nə Ağdamın 204,7 min nəfər, Füzulinin 134,3 min nəfər, Kəlbəcərin 94,5 min nəfər, Cəbrayılın 82 min nəfər, Laçının 78,9 min nəfər, Xankəndinin 55,9 min nəfər, Zəngilanın 45,3 min nəfər, Xocavəndin 44,2 min nəfər, Qubadlının 41,8 min nəfər, Şuşanın 34,8 min nəfər, Xocalının 28,9 min nəfər əhalisi olub.

1992-ci ildə ləğv olunan Ağdərə rayonu Kəlbəcər, Ağdam və Tərtər rayonları arasında bölünüb.

“Reuters”: Putin Qarabağ sövdələşməsi ilə nəyə nai...

  • 12 Noyabr 2020
  • comments

Milli Şuradan etiraz

  • 12 Noyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda