2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 30,7 milyard manatlıq, 2019-cu ilin on ayı ilə müqayisədə 4,5 faiz az sənaye məhsulu istehsal edilib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, sənayenin neft-qaz sektorunda məhsul istehsalı 6,1 faiz düşüb, qeyri neft-qaz sektorunda 11,5 faiz artıb.
Sənaye məhsulunun 60,3 faizinin mədən sektorunda, 33,6 faizinin emal sektorunda, 5,2 faizinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizinin su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunduğu vurğulanır.