• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“ABC News”: Avropa Birliyi 300 milyon dozalıq vaksin alır VİDEO

  • 12 Noyabr 2020
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

Avropa Komissiyası “Pfizer” və “BioNTech” əczaçılıq şirkətlərinin hazırladığı koronavirus peyvəndindən 300 milyon doza almaq üçün müqavilə imzalayacaq.

Novator.az bildirir ki, bununla bağlı xəbəri “ABC News” kanalı yayıb.

Xəbərdə deyilir ki, “Pfizer” və “BioNTech” şirkətlərinin hazırladığı peyvənd hələlik eksperimental qaydada tətbiq olunur. Lakin son tədqiqatlar bu vaksinin koronavirusa qarşı sınaqdan keçirilən digər peyvəndlərin hamısından üstün olduğunu göstərir.

Avropa Birliyinin nümayəndəsi də bəyan edib ki, Avropa Komissiyası “Pfizer” və “BioNTech” şirkətlərinin hazırladığı peyvəndi başqa potensial peyvəndlərlə müqayisədə ən perspektivlisi sayır: “Planımız onu Avropanın hər yerində sürətlə tətbiq etməkdir”.

Noyabrın 9-da “Pfizer” şirkəti peyvəndin nəticələrinin çox effektiv olduğunu açıqlayıb.

Avropa Komissiyası bundan əvvəl əczaçılıq şirkətləri ilə daha üç müqavilə bağlayıb. Həmin sövdələşmə sənədi birliyin 27 üzv ölkəsinə bir milyard dozaya yaxın vaksin almaq imkanı verib.

Avropa Birliyinin rəsmisi vaksin hazırlanması və alınması prosesinin davam edəcəyini vurğulayıb: “Çünki fərqli texnologiyalara əsaslanan geniş peyvənd portfelinə sahib olmalıyıq. Biz artıq yerli peyvənd şirkətlərinin yaradılması üçün üzv dövlətlərlə işləməyə başlamışıq”.

Avropa Komissiyası peyvənd hazır olduqdan sonra üzv dövlətlərin hər birinin onu bərabər şəkildə əldə edə biləcəyini bəyan edib. Tibb işçilərinə, yaşı 60-dan yuxarı və risk qrupuna aid şəxslərə üstünlük veriləcəyi qeyd olunur.

Noyabrın 10-da “BioNTech” və “Pfizer” şirkətləri 2020-2021-ci illərdə 570 milyon doza həcmində vaksin satılması üçün müqavilə imzalandığını açıqlayıb.

Mənbə: ABCNews.go.com

 

1622 yoluxma, 20 ölüm

  • 12 Noyabr 2020
  • comments

“Bloomberg”: razılaşma, Türkiyənin rolu, Rusiyanın...

  • 12 Noyabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Elm
  • Səhiyyə
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda