Azərbaycanı UEFA Avropa Liqasının qrup raundunda təmsil edən “Qarabağ” üçüncü oyununu keçirib. Novator.az-ın məlumatına görə, İ qrupunda yarışan komanda noyabrın 5-i Türkiyədə “Sivasspor”a 0:2 hesabı ilə uduzub.
İspaniyanın “Vilyarreal” klubu evdə İsrail “Makkabi”sinə (Tel-Əviv) 4 cavabsız topla üstün gəlib.
Üç turdan sonra ispanlar 9, israillilər 6, sivaslılar 3 xal yığıb, ağdamlılar xalsızdır.
Qalan oyunların təqvimi belədir:
26 noyabr
“Qarabağ” – “Sivasspor”
“Makkabi” – “Vilyarreal”
3 dekabr
“Qarabağ” – “Makkabi”
“Sivasspor” – “Vilyarreal”
10 dekabr
“Vilyarreal” – “Qarabağ”
“Makkabi” – “Sivasspor”.
Növbəti mərhələyə çıxmaq üçün qrupda azı ikinci yeri tutmaq gərəkdir.
Azərbaycanda UEFA bayrağı altında oyunlar keçirilməsi müvəqqəti yasaqlandığı üçün “Qarabağ” ev oyunlarını neytral meydanda keçirməli olur.