UEFA-nın klub turnirlərinin qrup raundunda ilk dövrə arxada qalıb.
Çempionlar Liqası və Avropa Liqasında ümumilikdə 80 klub (32+48) mübarizəni davam etdirir. Azərbaycanın yeganə nümayəndəsi “Qarabağ” Avropa Liqasının qrup raundunda yer alır, hələlik xalsızdır.
Novator.az bildirir ki, Azərbaycan klub reytinqində 16,625 əmsalla 55 UEFA üzvü arasında 26-cı sırada durur.
Reytinqə İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.
Rusiya 7-ci, Ukrayna 12-ci, Türkiyə 13-cü, Qazaxıstan 27-ci, Belarus 29-cu, Litva 34-cü, Ermənistan 39-cu, Latviya 40-cı, Gürcüstan 43-cü, Moldova 45-ci, Estoniya 53-cü pillədə qərarlaşıb.
Klub reytinqi Çempionlar Liqası və Avropa Liqasında son beş mövsümdə qazanılan əmsala əsaslanır.
Qrup raundunda qələbə 2 xal, heç-heçə 1 xaldır. Çempionlar Liqasının qrupuna düşmək 4 bonus xalı, 1/8 finala çıxmaq 5 bonus xalı, hər iki turnirin 1/4 finalına, yarımfinalına və finalına yüksəlmək 1 bonus xalı verir.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.
Mənbə: Kassiesa.net