• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dövlət qulluqçuları üçün yeniliklər təklifi

  • 06 Noyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Milli Məclis “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik layihəsinə baxır. Novator.az bildirir ki, əsas təkliflərin birinə görə, dövlət qulluqçusuna müddət tələbləri nəzərə alınmadan daha yüksək (növbəti) ixtisas dərəcəsi iki halda verilə bilər: xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq qulluq funksiyalarını nümunəvi icra etdiyinə və işindəki yüksək nailiyyətlərinə görə; yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə təyin edildikdə. Dövlət qulluqçusunun malik olduğu ixtisas dərəcəsində qulluq müddətinin ən azı yarısını keçməsi də şərtdir.

Layihəyə əsasən, vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi yalnız bir dəfə mümkündür.

Dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələri nəzərə alınır və qarşılıqlı olaraq uyğunlaşdırılır.

İntizam tənbehi qaydasında dövlət qulluqçusunun ixtisas dərəcəsi (prezidentin verdiyi ixtisas dərəcələri istisna olmaqla) bir pillə aşağı salına bilər. Belə cəza təqvim ili ərzində yalnız bir dəfə tətbiq edilməlidir.

Dövlət qulluqçusunun il ərzində xidməti fəaliyyəti bu meyarlar əsasında qiymətləndirilir:

– peşə bilikləri;

– qulluq (xidməti) vəzifələrinə münasibəti;

– təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı;

– yaradıcılıq və təşəbbüskarlıq;

– iş təcrübəsi və onu bölüşmə;

– kollektivdə işləmək və ünsiyyət bacarığı.

Rəhbər vəzifə tutan dövlət qulluqçularının fəaliyyəti həmçinin proqnozlaşdırma; idarəetmə; kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı; komanda qurmaq bacarığı meyarları əsasında qiymətləndirilir.

Xidməti fəaliyyət bu şəkildə qiymətləndirilir: əla; yaxşı; kafi; qeyri-kafi.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən yekun qiymətin 50 faizi tapşırıqların (hədəflərin) icra səviyyəsinin qiymətləndirilməsinə, 40 faizi meyarlar əsasında qiymətləndirilməyə, 10 faizi isə əmək intizamı əsasında qiymətləndirməyə əsaslanır.

“Sky News”: Vaksin sınaqları və ehtimallar

  • 06 Noyabr 2020
  • comments

Narkotiklərlə mübarizə: 4195 fakt aşkar olunub

  • 06 Noyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda