• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən qurumlar

  • 05 Noyabr 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Noyabrın 5-də fərman imzalayan prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilən dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısını təsdiqləyib. Həmin müəssisələrin idarə olunması ilə bağlı səlahiyyətlər (prezidentin müəyyən etdiyi hallar istisna olmaqla) AİH-yə keçir.

AİH-nin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri bu mənbələrdən maliyyələşdirilir: ilk 3 il ərzində (nizamnamə fonduna ayrılmış vəsait nəzərə alınmaqla) dövlət büdcəsinin vəsaiti hesabına; idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizinin AİH-yə ödənməsi hesabına; qanunla qadağan olunmayan digər mənbələrdən.

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən qurumlar bunlardır:

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti

“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlar:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

“Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

“Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti

Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.

Novator.az bildirir ki, Azərbaycan İnvestisiya Holdinqi prezidentin 7 avqust fərmanı ilə yaradılıb. Publik hüquqi şəxs olan Azərbaycan İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərir.

Qurumun Müşahidə Şurasına baş nazir Əli Əsədov sədrlik edir. Mətin Eynullayev İdarə Heyətinin sədri, Ruslan Əlixanov baş icraçı direktordur.

Fərman: dövlətə bağlı qurumlar bir əldə cəmlənir

İnvestisiya Holdinqinin Müşahidə Şurası təsdiqləndi

İnvestisiya Holdinqinə rəhbər təyin olundu

Azərbaycan İnvestisiya Holdinqi tam formalaşdı

İtki və dağıntılar

  • 05 Noyabr 2020
  • comments

Cəbhədə vəziyyət

  • 06 Noyabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda