Azel.tv saytının baş redaktoru Əfqan Sadıqov noyabrın 4-dən aclıq aksiyasına başlayıb.
Xəbəri “Turan” agentliyi jurnalistin həyat yoldaşı Sevinc Sadıqovaya istinadla yayıb.
Sevinc Sadıqovanın sözlərinə görə, Əfqanın aclıq aksiyasına başlamasına səbəb noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində çıxarılan hökmdür.
Məhkəmə Əfqan Sadıqovu hədə-qorxu ilə pul tələb etmədə təqsirli bilərək 7 il müddətinə azadlıqdan məhrum edib.
Eyni iş üzrə Xeberfakt.az saytının baş redaktoru Sakit Muradov da təqsirli bilinib. Sakit Muradova 3 il sınaq müddəti olmaqla 5 il müddətinə şərti həbs cəzası verilib.