• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Namizədlərin Rusiyaya və Qarabağ məsələsinə münasibəti necədir?

  • 02 Noyabr 2020
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

Sabah ABŞ-da prezident seçkisidir. Qələbə qazanan şəxs həm də dünyanın ən güclü ordusuna rəhbərlik edəcək. Bəs namizədlər Avropaya təsir göstərən müdafiə məsələləri barədə nə fikirləşirlər?

Novator.az xəbər verir ki, “Euronews”da bu suallarla bağlı yazı dərc olunub.

Yazıda qeyd olunur ki, prezident Donald Trampın Rusiya ilə bağlı mövqeyini müəyyənləşdirmək çətindir. Çünki o, strategiyası haqda sözdə bir şey deyir, əməldə isə başqa cür davranır. Şəxsi münasibətə gəldikdə, son 4 ildə prezident Trampla Rusiya prezidenti Putinin əlaqələri istiləşib və gözlənilir ki, Tramp vəzifədə qalsa, münasibətlər bu tərzdə davam edəcək. Lakin prezidentliyə digər namizəd – Co Bayden qalib gəlsə, Rusiyaya qarşı sərt mövqe tutacaq.

Məqalədə namizədlərin Dağlıq Qarabağ münaqişəsinə yanaşması da qeyd olunur. Bildirilir ki, Donald Tramp administrasiyası Azərbaycanla Ermənistan arasında gedən döyüşləri dayandırmağa cəhd göstərsə də, Bayden rəqibini bu məsələdə passiv davranmaqda, hətta Qarabağ döyüşlərinə laqeyd yanaşmada günahlandırır. Bayden hesab edir ki, Tramp Moskvanın Qarabağ məsələsində təşəbbüsü ələ almasına imkan verib və bölgədə mülki insanları qoruya bilməyib.

“Euronews”dakı yazıda vurğulanır ki, Bayden prezident seçilsə, Türkiyə və İrana Qarabağ müharibəsindən uzaq durmaları haqda xəbərdarlıq göndərər və problemin danışıqlar yoluyla həll olunması üçün Azərbaycanla Ermənistan arasında dialoqa ev sahibliyi edər.

ABŞ-da prezident seçkisi noyabrın 3-də olacaq. Əsas namizədlər Respublikaçılar Partiyasından indiki dövlət başçısı Donald Tramp və Demokratlar Partiyasından sabiq vitse-prezident Cozef Baydendir.

ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır. Ümumxalq səsverməsindən sonra Seçicilər Kollegiyası yekun qərar verir və həmin qərar Konqresin iclasında təsdiqlənir.

18-ci əsrin 70-ci illərində yaradılan ABŞ 50 ştat və 1 federal dairədən ibarətdir.

Donald Tramp 1946-cı ildə doğulub. 1999-cu ildə Respublikaçılar Partiyasına qoşulub. 2016-cı il noyabrın 8-də keçirilmiş prezident seçkisində Respublikaçılar Partiyasının namizədi olmuş Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. Seçicilər Kollegiyası 2016-cı il dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib, həmin qərar Konqresin 2017-ci il yanvarın 6-da keçirilən iclasında təsdiqlənib, yanvarın 20-də Donald Tramp səlahiyyətlərinin icrasına başlayıb.

Cozef Bayden 1942-ci ildə doğulub. 1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib. 1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib. 2009-2017-ci illərdə – Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutub.

Mənbə: “Euronews”

 

“France24”: Kilsədə törədilən qətlə görə 6 nəfər h...

  • 02 Noyabr 2020
  • comments

Azadlıq bölgəsi genişləndi

  • 02 Noyabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda