Türkiyədə zəlzələ
- 30 Oktyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in Dünyanın səsiManşetXəbər
Oktyabrın 30-u saat 15 radələrində Türkiyənin Egey vilayətində 6,6 bal gücündə zəlzələ baş verib. İlk təkandan sonra bir qədər zəif silkələnmələr də qeydə alınıb.
Zəlzələ İzmir şəhərinin bəzi binalarında ağır dağıntılara səbəb olub, ölən və yaralananlar var.
Yeraltı təkanlar yaxın bölgələrdə də (Aydın, Muğla, Manisa, Dənizli, Çanaqqala, Bursa, İstanbul, Uşak, Kütahya, Bursa, Yalova, Tekirdağ, Ədirnə) hiss edilib.
Zəlzələnin episentri İzmir vilayətinin Səfərihisar rayonudur.
Hadisədən dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana zəng edib. Zəlzələ ilə əlaqədar Azərbaycan xalqının üzüntü hissi keçirdiyini vurğulayan prezident İlham Əliyev onu da bildirib ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır.