![]({"full":{"0":"2019\/10\/FHN.jpg","1":750,"2":406,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2019\/10\/FHN.jpg"}})
Fövqəladə Hallar Nazirliyinin hesabatına görə, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 12833 fövqəladə hadisə baş verib, bu da 2019-cu ilin doqquz ayı ilə müqayisədə 10% azdır.
Hadisələr nəticəsində 39 nəfərin həlak olduğu, 156 nəfərin xəsarət aldığı bildirilir.
Açıqlamaya əsasən, 32 nəfər yanğın hadisələrinin, 4 nəfər evlərdə partlayışların, 2 nəfər binaların uçmasının, 1 nəfər torpaq sürüşməsinin qurbanı olub.