Novator.az savaş bölgəsindəki rayon və şəhərlərin ərazi göstəricilərinə nəzər salıb.
Dövlət Statistika Komitəsinin saytında Xankəndi şəhərinin ərazisi 0,008 min kvadrat kilometr göstərilir.
Kəlbəcərin ərazisi 3,05 min kvadrat kilometr, Laçının ərazisi 1,84 min kvadrat kilometr, Xocavəndin ərazisi 1,46 min kvadrat kilometr, Fizulinin ərazisi 1,39 min kvadrat kilometr, Ağdamın ərazisi 1,15 min kvadrat kilometr, Cəbrayılın ərazisi 1,05 min kvadrat kilometr, Xocalının ərazisi 1 min kvadrat kilometr, Qubadlının ərazisi 0,80 min kvadrat kilometr, Zəngilanın ərazisi 0,73 min kvadrat kilometr, Şuşanın ərazisi 0,31 min kvadrat kilometrdir.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə açıq hərbi təcavüzə çevrilib.
1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb, işğal başlayıb.
1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.