Oktyabrın 27-də verilən rəsmi hesabata görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 51149 nəfərə, xəstəlikdən ölənlərin sayı 688 nəfərə çatıb.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb.
Novator.az aylar üzrə yoluxma və itki statistikasını təqdim edir:
fevral – 3 yoluxma
mart – 295 yoluxma, 5 ölüm
aprel – 1506 yoluxma, 19 ölüm
may – 3690 yoluxma, 39 ölüm
iyun – 12030 yoluxma, 150 ölüm
iyul – 14354 yoluxma, 235 ölüm
avqust – 4557 yoluxma, 86 ölüm
sentyabr – 3794 yoluxma, 57 ölüm
oktyabr – 10920 yoluxma, 97 ölüm.