Bərdəyə kasetli raketlər atılıb: həlak olanlar var
Oktyabrın 27-si saat 16 radələrində Ermənistan ordusu Bərdə rayonunun Qarayusifli kəndinə “Smerç” qurğusundan kasetli raketlər atıb. Bu terror aktı nəticəsində biri uşaq olmaqla dörd mülki şəxs həlak olub, xeyli sayda insan yaralanıb. Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyas...
Aylar üzrə yoluxma və itki
Oktyabrın 27-də verilən rəsmi hesabata görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 51149 nəfərə, xəstəlikdən ölənlərin sayı 688 nəfərə çatıb. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alını...
Mehmanxana biznesi: 71,6 faiz geriləmə var
Dövlət Statistika Komitəsi mehmanxana və bu tipli müəssisələrin fəaliyyəti haqqında hesabat açıqlayıb. Novator.az bildirir ki, rəsmi statistikaya görə, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın mehmanxanalarında keçirilmiş gecələmələrin sayı ötən ilin doqquz ayı ilə müqayisədə 69,8 faiz az...
Kredit və əmanətlər nə qədər azalıb?
Mərkəzi Bankın hesabatları yayılıb. Novator.az-ın məlumatına görə, oktyabrın 1-nə kreditlər 14 milyard 497 milyon manat, əmanətlər 7 milyard 834,2 milyon manat məbləğində göstərilir. 2020-ci ilin əvvəlinə 14 milyard 900,9 milyon manatlıq kredit, 8 milyard 637,9 milyon manatlıq əmanət qeydə alınmışdı...
İşğaldan azad olunan bölgələrə kimlər rəhbərlik edir?
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə açıq hərbi təcavüzə çevrilib. 1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, bunun ardınca müharibə alovlanıb, işğal başlayıb. 199...
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bəyanat yayıb
Oktyabrın 27-də Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür. Bundan istifadə edən Ermənistan isə cə...
Fondun gəlir-çıxarı
Dövlət Neft Fondu (DNF) doqquz aylıq hesabat yayıb. Rəsmi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında DNF-nin gəlirləri 6 milyard 593,1 milyon manat, xərcləri 9 milyard 46,3 milyon manat olub. 2020-ci ilin dövlət büdcəsinə 8 milyard 852,5 milyon manat köçürüldüyü, qaçqın və məcburi köçkün ...
37-lərin məhkəməsi təxirə salınıb
Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınmış şəxslərin məhkəməsi qeyri-müəyyən müddətə təxirə salınıb. İş Səbail Rayon Məhkəməsinin icraatındadır. Hazırlıq iclası oktyabrın 27-si Bakı Apellyasiya Məhkəməsinin binasında keçirilməli idi. Novator.az bildirir ki, iyulun 12...
Vəng olur Çinarlı
Oktyabrın 27-də Milli Məclis Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması barədə qanuna səs verib. Vəng kəndinin işğaldan azad olunduğunu prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev oktyabrın 20-də bəyan edib, kəndin Çinarlı adlandırılmasına qərar verdiyini də açıql...
“Hər bir halda bu torpaqları qaytaracağıq”
AZƏRTAC prezident İlham Əliyevin oktyabrın 26-da İtaliyanın “Rai-1” televiziya kanalına müsahibəsinin videosunu və mətnini yayıb. – Yeni sülh barışığı, bu yeni atəşkəs qüvvədə olacaqmı? Səhv etmirəmsə, bu, artıq üçüncü atəşkəsdir. – Hər şey Ermənistanın özünü necə aparacağından asılı ola...
İşğalçı orduda rəhbər dəyişikliyi
İşğalçı Dağlıq Qarabağ rejiminin “müdafiə naziri” dəyişib. Xəbəri oktyabrın 27-də Armeniasputnik.am yayıb. Novator.az bildirir ki, 2020-ci il fevralın 24-dən “nazir” olan general-leytenant Cəlal Arutyunyanın Qarabağ döyüşlərində yaralandığı üçün postdan götürüldüyü açıqlanıb. Rejimin başçısı Araik A...
Cəbhədə vəziyyət
Ermənistan silahlı qüvvələri ötən gün və oktyabrın 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və cəbhə zonasına yaxın yaşayış məntəqələrini atəşə tutub. Xəbəri yayan Müdafiə Nazirliyi bildirir ki, döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzul...