Litvada parlament seçkisi başa çatıb.
141 yerlik parlamentin 70 deputatı proporsional, 71 deputatı majoritar sistemlə seçilir. Oktyabrın 11-də keçirilmiş ilk turda proporsional sistem üzrə 70, majoritar sistem üzrə 3 nəfər mandat alıb. 68 mandatın taleyinə oktyabrın 25-də keçirilən ikinci turda aydınlıq gəlib.
Novator.az bildirir ki, iki turun yekununda Vətən İttifaqı – Xristian Demokratlar Partiyası 50 mandatla qalib gəlib.
Kəndlilər və Yaşıllar İttifaqı 32, Sosial Demokrat Partiyası və Liberallar Hərəkatı hərəyə 13, Azadlıq Partiyası 11, Əmək Partiyası 10 mandat götürüb.
Litva Polyakları və Xristian Ailələri İttifaqı ilə Sosial Demokrat Əmək Partiyası hərəyə 3, Azadlıq və Hüquq Partiyası ilə Yaşıllar Partiyası hərəyə 1 mandat qazanıb.
4 mandat partiyasız şəxslərə qismət olub.