Dağlıq Qarabağ münaqişəsinin dinc həllində vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıb. AZƏRTAC-ın 26 oktyabr məlumatına görə, bəyanatda oktyabrın 24-ü Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnasakanyanla keçirilən görüşlərdə atəşkəs müzakirələri aparıldığı, hərbi əməliyyatları dayandırmağa, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqların bərpasına çağırış edildiyi vurğulanır.
Qeyd olunur ki, həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-u İsveçrənin Cenevrə şəhərində yenidən bir araya gələcək.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə ölkənin bütün cənub-qərbi Ermənistanın nəzarətinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir: Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi, strateji yüksəkliklər azad olunub.
Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanması üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu 11 üzvdən ibarətdir: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
1994-cü ildə həmsədrlik institutu yaradılıb. Hazırda ABŞ-dan Endrü Skofer, Fransadan Stefan Viskonti, Rusiyadan İqor Popov həmsədrlik edirlər.
Ceyhun Bayramov və Zöhrab Mnasakanyan oktyabrın 23-ü Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər. Görüşlər oktyabrın 26-sı səhər saat 8-dən humanitar atəşkəs elan etmək razılığı ilə bitib.
Ceyhun Bayramovla Zöhrab Mnasakanyan oktyabrın 9-u Rusiyanın paytaxtı Moskvada bir araya gəlmişdilər. Oktyabrın 10-na keçən gecə başa çatan görüşdə atəşkəs razılığı əldə olunmuşdu. Məqsəd hərbi əsirlər və digər saxlanan şəxslərin, ölənlərin meyitlərinin dəyişdirilməsi idi. Ancaq buna nail olunmayıb.
Oktyabrın 18-dən atəşkəs rejimi yenilənsə də, hərbi əməliyyatlar dayanmayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri oktyabrın 26-sı səhər saat 8-dən qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir, ancaq Ermənistan silahlı qüvvələri razılaşmanı kobud surətdə pozur: “Saat 08:05-də Ermənistan silahlı qüvvələri Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub”.
Tərtər şəhərinin və rayonun kəndlərinin, artilleriya atəşinə tutulduğu, bütün cəbhə boyu, eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrinin (Tərtər, Ağdam, Füzuli, Tovuz, Gədəbəy, Daşkəsən) və bölmələrin mövqelərinin müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan vurulduğu bildirilir.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib ki, oktyabrın 10-da Moskva bəyanatının ardınca Ermənistan ballistik raketlə Gəncə şəhərinin mülki əhalisini atəşə tutmuşdu: “Oktyabrın 18-də Fransanın vasitəçiliyi ilə razılaşdırılmış humanitar atəşkəs rejimini də Ermənistan kobud şəkildə pozub. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan humanitar atəşkəsi sözdə dəstəkləyir, əməldə isə humanitar atəşkəsin arxasında gizlənərək Azərbaycan Silahlı Qüvvələrini və mülki əhalini atəşə tutmaq, qüvvələrini təmərküzləşdirmək və yeni mövqelər əldə etmək üçün istifadə edir. Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu saxlamaq və möhkəmləndirməkdir.
Azərbaycan tərəfi təmkin nümayiş etdirir. Humanitar atəşkəsin pozulması barədə məlumatlar toplanır və aidiyyəti üzrə həmsədr ölkələrə məlumat verilir. Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə də məsuliyyət Ermənistanın üzərinə düşür”.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
Müdafiə Nazirliyinin zərbə hesabatı
Yaralıları ziyarət, yeni mesajlar
Avropa İttifaqı rəhbəri ilə danışıq
Üçlükdən atəşi dayandırmaq təklifi
Vahid Qazinin İsveç qəzetinə müsahibəsi
İsa Qəmbərdən həmsədrlərə cavab
Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”
Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu
“Ermənistan rəhbərliyi yaxşı düşünsün”
“Əl-Ərəbiyə” televiziya kanalına müsahibə
Prezident: “Sona qədər irəliyə gedəcəyik”
Daha üç kənd və bir neçə strateji yüksəklik azad olundu
Mülki şəxslərdən 27-si həlak olub, 141-i yaralanıb
Müdafiə naziri əmr etdi: böyük zərbələr endirmək planlaşdırılsın
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı
“Vasitəçilik missiyasında Türkiyənin iştirak etməyə tam haqqı var”
“O, bizi aldatdı. Siyasətdə bu, çox yanlış yoldur. Aldatmaq olmaz”
“İndi Azərbaycan özü status-kvonu dəyişir”
Dinc əhali: 31 ölüm qeydə alınıb
Bərdə və Tərtəri atəşə tutan “Qrad” məhv edilib
Müdafiə Nazirliyinin döyüş hesabatı
“Bu, Ermənistanın növbəti təxribatıdır”
İsveçdə yanlış Qarabağ təsəvvürü
Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad olundu
Prezident İlham Əliyevin xalqa müraciəti
“Ermənistan prezidentinin dedikləri feykdir”
Hikmət Hacıyev və Ceyhun Bayramovun dedikləri
Ermənistandan Mingəçevirə buraxılan raketlər zərərsizləşdirilib
Prezident Gəncəyə raket hücumuna münasibət bildirib
Prezident İlham Əliyevin “Haber Global”a müsahibəsi
Ermənistanın raket kompleksləri vurulub
“Düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək”
“O sözlər olmasaydı, bəlkə də burada vəziyyət qarışardı”
Azərbaycan Respublikasının xəritəsi
Prezident: “Biz atəşkəs rejiminə əməl edirdik”
Baş Prokurorluğun yeni hesabatı
Tərtər qəbiristanlığı vuruldu, 3 nəfər həlak oldu
Prezident: “Yaxın zamanda Füzulidən çox yaxşı xəbərlər gələcək”
“Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”
Əli Kərimli daha iki həmsədr təklif edir
Düşmən Ordubad rayonu ərazisinə raket zərbəsi endirib
Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad olundu
Gəncə: 13 nəfər həlak olub, 48 nəfər yaralanıb, 2 uşaq itkin düşüb
Füzuli şəhəri və 7 kənd azad edildi
Xalqa müraciət. 17 oktyabr, 2020-ci il
Hikmət Mirzəyev general-leytenant rütbəsinə layiq görüldü
Baş Prokurorluğun rəsmi hesabatı
Ceyhun Bayramov Vaşinqtona gedir
Zəngilan şəhəri və 24 kənd azad edildi!!!
Xalqa müraciət. 20 oktyabr 2020-ci il
Siyəzən, Qəbələ və Kürdəmir atəşə tutulub
Prezident: “Bu çirkin rejimin belini qırırıq, qıracağıq”
“Dağlıq Qarabağda heç bir referendum olmayacaq”
Ordumuz İranla sərhədi tam nəzarətə götürdü!
Azərbaycanın Milli Qəhrəmanı şəhid olub
Prezident: “Şükür Həmidovun adı Qubadlıda əbədiləşdiriləcək”
İşğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərimiz
“Onlar Rusiyadan hərbçilər göndərməyi xahiş etdilər”
Müdafiə Nazirliyində operativ müşavirə: ali baş komandanın çıxışı