Rusiya niyə çətinə düşüb?
- 22 Oktyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in Şərh
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər “Meydan TV”yə müsahibəsində deyib ki, Qarabağ cəbhəsində sentyabrın 27-dən başlanan hərbi əməliyyatlar Ermənistanı ağır vəziyyətə salmaqla yanaşı Rusiyanı da çətin durumda qoyub: “Rusiya qərar qəbul edə bilmir, müharibə başlanan gündən indiyə qədər şimal ölkədə gedən diskussiyaları, müxtəlif ictimai-siyasi xadimlərin, jurnalistlərin, ekspertlərin yanaşmalarını müqayisə edəndə nə qədər fərqli fikirlərin şahidi oluruq. Rusiya çox çətin qərar qarşısındadır, kənarda da qala bilmir, çünki kənarda qalmaqla bölgədə nüfuzunu günbəgün itirdiyini və itirəcəyini başa düşür. Müdaxilə də edə bilmir, çünki müdaxilə etsə, Türkiyə faktoru var və proqnozlaşdırıla bilməyən nəticələr ola bilər. Ona görə də Rusiyanın vəziyyəti kifayət qədər ağırdır”.
İsa Qəmbər Milli Strateji Düşüncə Mərkəzinin 2014-cü ildə, Rusiya Ukrayna torpaqlarını işğal edəndən sonra təhlil hazırlayıb ictimaiyyətə təqdim etdiyini vurğulayıb: “Bildirmişdik ki, Rusiyanın təcavüzü ilə beynəlxalq hüquq tamamilə çökmüş vəziyyətə gəlir və dünyanın dəyişmə mərhələsi başlayır. Dünyanın dəyişmə mərhələsinin də Azərbaycan üçün ciddi təhlükələri və ciddi yeni imkanları var. Təhlükələrdən yayınmaq və imkanlardan istifadə üçün hansı istiqamətlərə diqqət yetirməyi göstərmişdik. Proseslərin gedişi haqlı olduğumuzu sübut etdi. Faktiki olaraq bu gün Rusiya nəinki 30 il əvvəlki, birinci Qarabağ savaşındakı ölkə deyil, hətta 7-8 il əvvəlkindən də fərqlidir. Rusiya xeyli zəifləyib, təsir imkanları məhdudlaşıb və bu dövlət təcavüzkar siyasəti ilə dünya miqyasında təklənməyə başlayıb. Həm də ciddi sanksiyalar Rusiyanın imkanlarını xeyli məhdudlaşdırır.
Digər tərəfdən Rusiya hazırda Yaxın Şərqdə bir neçə konflikt şəraitindədir, üstünə Ukraynada və Belarus seçkilərindən sonra yaranan problemləri də gəlsək, bu ölkənin imkanlarının çox ciddi məhdudlaşdığını görərik.
Üçüncü amil isə dəyişən dünyada Türkiyənin də rolunun dəyişməsidir. Türkiyə də artıq öncəki illərdə olan dövlət deyil, çox güclənib, regionda söz sahiblərindən birinə çevrilib və bunun hesabına Ankaranın sözü nəzərə alınır. Türkiyənin açıq-aydın mövqe ortaya qoyması ortadadır. Xüsusən də Tovuz döyüşləri zamanı bu mövqenin şahidi olduq. Bu da inanmağa əsas verirdi ki, Türkiyə növbəti mərhələdə prosesdə daha ciddi iştirakçı olacaq. Müharibənin 27 sentyabrdan sonra başlanan mərhələsində də Türkiyənin qətiyyətli mövqeyini, təsiri gördük. Artıq Rusiya Cənubi Qafqazda yeganə əsas qüvvə olmadığını başa düşür. Moskva ilə yanaşı Ankara amili də var. Rusiyanı da hər hansı sərt, qətiyyətli addım atmaqdan çəkindirən amillərdən bəlkə birincisi də Türkiyənin mövcudluğudur”.
“Ermənistan Rusiyaya indiki vəziyyətdə və bundan sonra lazımdırmı” sualını İsa Qəmbər belə cavablandırıb: “Rusiyanın Cənubi Qafqazda əsas forpostu Ermənistan idi. İndi də o siyasət davam edir və bu, orta əsrlər siyasətidir. Müasir dövrün siyasəti iqtisadi-siyasi, mədəni təsirlərdir. Yüksək fikirlər söyləsələr də, Rusiya hələ müasir dövrə daxil olmayıb. İndi Rusiya həmin orta əsrlər siyasətinin acısını çəkir. Çünki erməniləri Qafqaza yerləşdiriblər, ardınca dövlət yaradıblar və işğalçı siyasətin alətinə çeviriblər. İndi də bu siyasəti davam etdirə, Ermənistana istədikləri miqyasda dəstək verə bilmirlər. Bu o demək deyil ki, Rusiya Ermənistana dəstək vermir, yox, əlbəttə, dəstək olur. Ermənistan üç həftədə ayaqda qala bilibsə, bu, Rusiyanın verdiyi hərbi dəstəklə bağlıdır. Amma hər halda Rusiya bu gün tam istədiyi şəkildə fəaliyyət göstərə bilmir. Hesab edirəm ki, Rusiya siyasətinə yenidən baxmalıdır, müasir dövrün qaydası ərazilərin zorakı yolla dəyişməməsidir, dövlətlər arasında bir-birinin işinə qarışmadan qarşılıqlı, faydalı münasibətlər sistemi qurmaqdır. Rusiyanın da xilası bu yola keçiddir”.
1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
Müdafiə Nazirliyinin zərbə hesabatı
Yaralıları ziyarət, yeni mesajlar
Avropa İttifaqı rəhbəri ilə danışıq
Üçlükdən atəşi dayandırmaq təklifi
Vahid Qazinin İsveç qəzetinə müsahibəsi
İsa Qəmbərdən həmsədrlərə cavab
Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”
Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu
“Ermənistan rəhbərliyi yaxşı düşünsün”
“Əl-Ərəbiyə” televiziya kanalına müsahibə
Prezident: “Sona qədər irəliyə gedəcəyik”
Daha üç kənd və bir neçə strateji yüksəklik azad olundu
Mülki şəxslərdən 27-si həlak olub, 141-i yaralanıb
Müdafiə naziri əmr etdi: böyük zərbələr endirmək planlaşdırılsın
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı
“Vasitəçilik missiyasında Türkiyənin iştirak etməyə tam haqqı var”
“O, bizi aldatdı. Siyasətdə bu, çox yanlış yoldur. Aldatmaq olmaz”
“İndi Azərbaycan özü status-kvonu dəyişir”
Dinc əhali: 31 ölüm qeydə alınıb
Bərdə və Tərtəri atəşə tutan “Qrad” məhv edilib
Müdafiə Nazirliyinin döyüş hesabatı
“Bu, Ermənistanın növbəti təxribatıdır”
İsveçdə yanlış Qarabağ təsəvvürü
Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad olundu
Prezident İlham Əliyevin xalqa müraciəti
“Ermənistan prezidentinin dedikləri feykdir”
Hikmət Hacıyev və Ceyhun Bayramovun dedikləri
Ermənistandan Mingəçevirə buraxılan raketlər zərərsizləşdirilib
Prezident Gəncəyə raket hücumuna münasibət bildirib
Prezident İlham Əliyevin “Haber Global”a müsahibəsi
Ermənistanın raket kompleksləri vurulub
“Düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək”
“O sözlər olmasaydı, bəlkə də burada vəziyyət qarışardı”
Azərbaycan Respublikasının xəritəsi
Prezident: “Biz atəşkəs rejiminə əməl edirdik”
Baş Prokurorluğun yeni hesabatı
Tərtər qəbiristanlığı vuruldu, 3 nəfər həlak oldu
Prezident: “Yaxın zamanda Füzulidən çox yaxşı xəbərlər gələcək”
“Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”
Əli Kərimli daha iki həmsədr təklif edir
Düşmən Ordubad rayonu ərazisinə raket zərbəsi endirib
Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad olundu
Gəncə: 13 nəfər həlak olub, 48 nəfər yaralanıb, 2 uşaq itkin düşüb
Füzuli şəhəri və 7 kənd azad edildi
Xalqa müraciət. 17 oktyabr, 2020-ci il
Hikmət Mirzəyev general-leytenant rütbəsinə layiq görüldü
Baş Prokurorluğun rəsmi hesabatı
Ceyhun Bayramov Vaşinqtona gedir
Zəngilan şəhəri və 24 kənd azad edildi!!!
Xalqa müraciət. 20 oktyabr 2020-ci il
Siyəzən, Qəbələ və Kürdəmir atəşə tutulub