Ordumuz İranla sərhədi tam nəzarətə götürdü!
Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndlərini, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Barta...
Yoluxma və itkilər
Oktyabrın 22-də yayılan rəsmi hesabata görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 47418 nəfərə, xəstəlikdən ölənlərin sayı 648 nəfərə çatıb. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alını...
Raketlər hara düşüb?
Oktyabrın 22-si səhər Azərbaycan ərazisi Ermənistandan “Skad” ballistik raketləri ilə atəşə tutulub. Düşmən saat 7 radələrində Siyəzən rayonu, saat 9 radələrində Qəbələ və Kürdəmir rayonları istiqamətində raketlər buraxıb. Bütün hallarda hədəf dinc əhali və mülki infrastruktur olub. Qəbələnin raket ...
“Dağlıq Qarabağda heç bir referendum olmayacaq”
AZƏRTAC prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə oktyabrın 21-də verdiyi müsahibəni yayıb. Novator.az müsahibəni ixtisarla təqdim edir. – Dağlıq Qarabağ münaqişəsi haqqında soruşmaq istəyirəm. Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri cümə günü Vaşinqtona səfər edəcəklə...
Rusiya niyə çətinə düşüb?
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər “Meydan TV”yə müsahibəsində deyib ki, Qarabağ cəbhəsində sentyabrın 27-dən başlanan hərbi əməliyyatlar Ermənistanı ağır vəziyyətə salmaqla yanaşı Rusiyanı da çətin durumda qoyub: “Rusiya qərar qəbul edə bilmir, müharibə başlanan gündən indiyə qədə...
Zəngilanda dərs günü
Xəyallar gerçək olmağa başlayıb: 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımız bir-bir azad olunur. Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, bu rayonların, eləcə də Xocavənd və Ağdərənin bir çox kəndi, qəsəbəsi işğaldan qurtulub. Ordumuz durmadan irəliləyir, hər gün neçə-neçə yaşayış məntəqəm...
Prezident: “Bu çirkin rejimin belini qırırıq, qıracağıq”
Prezident İlham Əliyev oktyabrın 22-də Türkiyənin baş ombudsmanı Şərəf Malkoçu qəbul edib. AZƏRTAC-ın məlumatına görə, qonağı salamlayan dövlət başçısı deyib: “Şadam ki, gəlmisiniz. İndiki şəraitdə sizin Azərbaycanda olmağınızın xüsusi mənası var. Bildiyiniz kimi, Ermənistan Azərbaycana qarşı növbət...
Azərbaycan nefti neçəyədir?
Energetika Nazirliyinin məlumatına görə, oktyabrın 22-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 41,49 dollara satılır. Novator.az bildirir ki, bu, 2020-ci ilin əvvəlindəki qiymətdən 28,55 dollar aşağıdır. 2020-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb, avqus...
Koronavirus: yaxın ölkələrdə xəstə sayı
Oktyabrın 22-nə olan beynəlxalq statistikaya əsasən, dünyada 9,4 milyondan çox aktiv koronavirus xəstəsi var. Siyahıya 2,7 milyondan çox xəstə ilə ABŞ başçılıq edir. Fransada 815,7 mində çox, Hindistanda 715,7 mindən çox şəxs müalicədədir. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən ko...
“İti qovan” PUA-ları
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “İti qovan” pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlayıb. Rəsmi açıqlamada deyilir ki, nazirliyin birlik və müəssisələri Azərbaycan Ordusunu silah-sursatla fasiləsiz iş rejimində təmin edir, mütəxəssislər hərbçilərlə birlikdə yeni tipli sila...
Siyəzən, Qəbələ və Kürdəmir atəşə tutulub
Oktyabrın 22-si səhər Azərbaycan ərazisi Ermənistandan ballistik raketlərlə atəşə tutulub. Müdafiə Nazirliyinin məlumatına görə, düşmən saat 7 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 9 radələrində Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxıb: “E...
Büdcə necə icra olunub?
Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsinin icrası üzrə hesabat yayıb. Rəsmi məlumata görə, yanvar-sentyabr aylarında büdcəyə 17 milyard 964,6 milyon manat daxil olub: “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə 5 milyard 672,6 milyon manat, Dövlət Gömrük Komitəsindən 2 mi...
Cəbhə xəttində
Müdafiə Nazirliyinin məlumatına görə, ötən gün ərzində və oktyabrın 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edib: “Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun ke...
Tibbi sığorta: yeni qaydalar rəsmiləşib
Nazirlər Kabineti icbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçotunun aparılması qaydasını təsdiqləyib. Novator.az bildirir ki, qaydaya görə, fərdi uçotu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi elektron informasiya sistemində aparır, sığortaolunana dair bu məlumatlar toplanır: şəxsiyyətin...