Doqquz aylıq xarici ticarət hesabatı yayılıb. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 18,4 milyard dolları ötüb, 10,6 milyard dollara yaxın ixrac, 7,8 milyard dollardan çox idxal qeydə alınıb.
178 ölkə ilə ticarət əməliyyatı aparıldığı, gömrük orqanlarının büdcəyə 2 milyard 955,2 milyon manat vəsait ödədiyi vurğulanır.
Rəsmi məlumata əsasən, ixracın 9 faizdən çoxu MDB ölkələrinin, 48,2 faizi Avropa İttifaqı ölkələrinin, 42,6 faizi başqa ölkələrin payına düşüb.
İdxalda MDB-nin payı 25,4 faiz, Avropa İttifaqının payı 23,6 faiz, başqa ölkələrin payı 60 faizə yaxın göstərilir.
Doqquz ayda əsas tərəfdaş İtaliya olub, bu ölkə ilə ticarət ümumi dövriyyənin 18,5 faizi həcmində rəsmiləşib.
İxracda əsas ölkə İtaliya (29,4 faiz), idxalda Rusiyadır (18,4 faiz).
Hesabata görə, ixracın 87,8 faizi neft-qaz, 3,8 faizi meyvə-tərəvəzdir.
İdxalın 15,1 faizi yeyinti məhsulları kimi rəsmiləşib.