Novator.az Azərbaycanın doqquz aylıq ixrac-idxal göstəricilərinə nəzər salıb.
Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, 2020-ci ilin yanvarında Azərbaycanın xarici ticarət dövriyyəsi 2,8 milyard dollar olub, fevralın dövriyyəsi 2,1 milyard dollar, martın dövriyyəsi 1,8 milyard dollar, aprelin dövriyyəsi 2,8 milyard dollar, mayın dövriyyəsi 1,4 milyard dollar, iyunun dövriyyəsi 1,5 milyard dollar, iyulun dövriyyəsi 2,3 milyard dollar, avqustun dövriyyəsi 1,5 milyard dollar, sentyabrın dövriyyəsi 1,8 milyard dollar göstərilib.
Yanvarda 2,1 milyard dollarlıq ixrac qeydə alınıb. Fevralda ixrac 1,1 milyard dollar, martda 957,3 milyon dollar, apreldə 2 milyard 99,9 milyon dollar, mayda 665,4 milyon dollar, iyunda 714,3 milyon dollar, iyulda 1,4 milyard dollar, avqustda 748,9 milyon dollar, sentyabrda 700 milyon dollar həddində rəsmiləşib.
Dövlət Gömrük Komitəsinin yanvar hesabatında 721 milyon dollarlıq idxal yer alıb, fevralda idxal 1 milyard 66,7 milyon dollar, martda 850,3 milyon dollar, apreldə 745,2 milyon dollar, mayda 782,3 milyon dollar, iyunda 823,3 milyon dollar, iyulda 911,1 milyon dollar, avqustda 790,3 milyon dollar, sentyabrda 1,1 milyard dollar dəyərində qərar tutub.